Sən Qanadsan
Mələklər bunu səmavi sevinc adlandırır,
şeytanlar isə cəhənnəm əzabı,
insanlar isə buna sevgi deyir. (Henrix Heyn)
Bu gün yenə evimdə yarım saatlıq qonaq idin.
Cismin yanımda idi, özün isə uzaq idin.
Fikirləşirdim, səni buraxmaram uzaqlara,
Amma məni anlamırdın, sanki körpə uşaq idin.
Hisslərin yenə kontrolda, sinirlərinsə üzdə,
Mən sənə uçmaq təklif edirdim, sənsə üzmək.
İnan mənə, belə anlarda çox çətin olur,
Səni çox sevsəm də, sənin kaprizlərinə dözmək.
Yenə köçmək və rədd olmaq buralardan,
Hissləri qayıdır dərhal mənə bu anlarda.
Toxunuşlar, sanki divara yaxılmış palçıq olur,
Verdiyin qanadlarsa dönüb olur qoluma qandal.
Kəs bütün bağlarımı! Qanadsız da yaşayaram!
Sənsiz ölərəm, bilirəm, amma kim var ki əbədi?
Dərviş kimi həyatımı belimdə daşıyaram.
Olmasan bu ömürdə, yaşamağımın səbəbi.
Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin.
Soyuq ürəyin, eşq tumurcuq,
Ürəyində çicəklər göyərmir.
Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin.
Soyuq ürəyin, eşq tumurcuq,
Ürəyində çicəklər göyərmir.
Əl-ələ tutmağımızı yadına sal (xatırla)
Barmaqlar iç-içə, tər, su kimi ovuclardan axır,
Əl-ələ gəzməyimizi yadına sal (xatırla),
Sanki bütün dünya çönüb birdən bizə baxır.
Sən paxıl, amma elə bil ki burda nəsə səhv bir şey,
Mənimlə sevgilin yox, düşmən kimi davranırsan.
Mən paxıl, səni bütün dünyadan üstün tuturam,
Mənimlə dava edib, üzümə zəngləri bağlayırsan.
Mən yalançı, mən həqiqi... Bu asılıdır əhvalından.
Şən günlərin sayı: beşin ikiyə nisbətində.
Gah düzəlir, gah pozulur, baş açılmır əhvalından,
Görəsən daha nələr var, mənim bu qismətimdə?
Səbrim sanki ümman, sən içində üzürsən.
İstəmirəm boğulasan, əvvəl boğulduğun kimi.
Bezmirəm, yox! Dözmürəm, yox! Bu sətirlər başqa şeydir,
Qəbul edirəm mən səni, olduğun kimi.

Credits
Writer(s): Parviz Isaqov, Murad Quliyev
Lyrics powered by www.musixmatch.com
Link
Other Album Tracks
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.