Oyan

Mən yerdə uzanım, sən dizini qucaqla
Pəncərələr açıqdır, əsir pərdələr
Bir neçə saat bir yerdə donaq
Günəş yerin dəyişsin, gəzsin kölgələr
Bəlkə gün gələr, içimi açaram mən sənə
Amma döz hələ, gəl dost olaq
Nə mən tələsim, nə sən tələs
Sonu görməyə hələ yox həvəs
Uç, aç qanad! Aç qanad! Aç qanad! Aç qanad!
Sən yaşa, mən yazım!
Mən yaşamasam da olar, mən razı... mən razı
Burda royal bir neçə not vursaydı
Olardı rəngarəng
Eyni ahəng bezdirəndə səni, mən əlini tutaram
Uzağa gedərik, biraz gəzərik, başını qoyub çiynimə
Sən oturarsan uzağa baxaraq
Mən isə susaram, hətta nəfəs almağa belə qorxaram ki
Birdən çiynim qalxıb-düşər
Bizi sıxırdı şəhər!
Ona görə qaçmışıq!
İndi oxuyur quşlar... ətraf yaşıllıq!
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan!
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan!
Gəl açaq qanad!
Gəl uçaq göyə!
Gəl qoşul mənə!
Gəl qoşul qaçaq!
İstəmirəm qoçaqlıq eləmək
Mete, uşaqlıq eləmə!
Sərhədlərim açıq
Fikirlərim darmadağın mənim
Mənim üçün yoxdur qızıl orta
Ya yoxdur nəsə, ya çıxarıram ağın (ağın)
Uça bilirəm. Elə bilmə bu tək dilimdədir
Mənim qanadlarım belimdə deyil
Mənim qanadlarım sənin əlindədir
Bəlkə düşünürsən ki, sevgim sətirlər qədərdir?!
Onda oxuduqlarım hədərdir! (hədərdir!)
Çünki mənim hisslərim daha dərindədir
Yerin dibindədir... Bəlkə nüvədədir
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan!
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan!
STOP!
Gərək iki qulağında da olsun qulaqlıq
Və otağın olsun tam qaranlıq ki
Yazdıqlarımı dinləyib yaşaya biləsən bir anlıq
Axtarma mənasını, mən məna üçün yazmıram bir hərf belə
Bu dərin gölə bənzəmir!
Bu səhra ortasında sərin bulaqdır!
Qulağını aç! Qulağını aç!
Qulağını aç! Qulağını aç!
Qulağını aç! Qulağını aç!
Ruhuna Qonaq Gəlim



Credits
Writer(s): Vusal Hasanov, Parviz Isaqov
Lyrics powered by www.musixmatch.com

Link