Maraqlı

Sətirə qatıb, dad kimi söz maraqlı,
Əlimə baxır, min cürə göz maraqlı.
Niyə fərqlənir, səhvlə düz maraqlı?
Əlli niyə az? Niyə çox yüz, maraqlı?
Sizə biz maraqlı, bizsə sadəcə,
Yolumuzu tutub gedirik, sürətlə.
Bir mətləb qara qalmır, kim axtarır ki,
Kim sualına cavab almır?
Maraq artır, kitaba, vərəqə, qələmə, müddətlə.
Nifrətlə, ya da icbari, sevilmir heç nə!
Bunu, bu yaxınlarda dərk etmişəm mən.
Gecikmişəm ən maraqlı anında həyatımın,
Damğam üstümdə "Gecikirəm!".
Cəmi, doqquz ay çəkib üsyanım,
Yoluma davam, sonunadı marağım.

Biri var iydi, biri yox iydi
Var olan heç kimə maraqli deildi
Olmayansa axtarışdaydı

Axtarış bütün həyat,
Başqa nə mənası var ki, güya?(ğüya)
Kim isə tapsa, möhkəm deyərdi ki,
Biz də duyaq.(biz də duyaq)
Bu həyat, qaydalarla doludur,
Dur, qaydalarını pozma, oyunun.
Benjamin Battonu kim görüb ki?
Biz, hamımız getdikcə, yaşa doluruq!

Qazanc dalınca,
Günlər verilir!
Əsəb... Əsəb...
Sinir gərilir!
Qazanc dalınca,
Günlər verilir!
Əsəb... Əsəb...
Sinir gərilir!



Credits
Writer(s): Vusal Hasanov, Parviz Isaqov
Lyrics powered by www.musixmatch.com

Link