Alzheimer

Arada yığ danışağ, söhbət edəy köhnələrdən
Sənin uğruna mən keçmişəm ki gör nələrdən
Pis yanıva kor olmuşam, heçvaxt görmürəm mən
hisslərrim təmizdi sevdim birdəfə belə öpmədən mən

Dilim lal olsun gedəndə, demədim dayan getmə
Desəmdə nə fayda, bu şeir belə bəyan etməz
Sənə olan hisslərimi, çətin gəlir anlamırsan
İçində sən olduğun bir şəhərə vida etməy

İçimdəki bu eşqi mən, zəbt edirəm güc-bəlayla
3 il keçib üstündən, keçsə belə illər aylar
Heçnə dəyişmir, mən həmin dəli divanə
Mən səndən qopammıram, necə ki günəş aydan

Səni o məktəbin baxçasında gördüyüm an
Sanki yenidən doğdum, bilmədim öldüyüm vaxt
Həmən gündü, sən indi bu halımı gördə utan
Ya özüvü unuttur ya gəl bu qəlbə kordüyüm at

Yaramı göstərdiycə, daha da deşərdin sən
Nə qoxusu qalıb, toxunuram mən nə şərfinə
Gör məni nə hala qoymusan özümlə üzləşəmmirəm
Çıxardabilmirəm lüğətimdən beş hərfi mən...

Ya əlivi verərdin mənə, ya mənlə yansaydın
Yanımda otursaydın, saatlarca baxsaydım
Saçlarıva toxunsaydım, yenə əsəb olsaydın
Səndən sonrası var, əvvəlinə mən "Alzheimer"

Sən bacarardın susmağı mənim eşq saçardı sözlərim də
Səninlə itirdim mən, gəlmərəm ki özümə bir də
Və indi dönüb baxıram arxaya mən, çox təəsüf
Dənizi olmayan şəhərdə gəmini gözlədim mən

Olmuşam mən, yollarında səyyah
Sən olduğca qollarımda, burax yansın həryan
Mən bakinin hər küçəsində, sənə eşqimi fəryad
Etmişəm adıva mahnılarla, birazda sən dərd yan

Bir baxışın var, bilirsən üzümü güldürən
Səninlə görsəm onu üzü güləndə, gözüm dönər
Sən axı hərzaman ki getməyə ən meyilldin
Bəs niyə bu qədər ildi, getmirsən gözümün önündən?!

Baxdığın yerdə olardım, mənə üz çevirsən
Düz 3 ildə nələr dəyişdi ki yanımdan düz keçirsən
Söz verirəm unudacam ki, bu qəlbə keçirsəm
Ən axrıncı mənə ölürdün, indi onla gül seçirsən

Qadağan meyvəni belə dərmişik biz
Amma qovulmadığ, cənnətdən gəlmişik biz
Həyatımıza girənlərin, önünə həyatı sərmişik biz
Sevilməyi gözləyərkən, gözləməyi sevmişik biz



Credits
Writer(s): Ali Taşyürek
Lyrics powered by www.musixmatch.com

Link