Mən Heçkiməm

Bu həyatın axarında
Ya çör-çöpəm, ya da çinar
Ya qatarın tüstüsündə uzaq quşam
Ya baharam, ya da qışam
Hamı üçün az, özüm üçün çox
Çoxam mən, çoxam mən
Bu gün acam, sabah toxam
Bu gün varam, bu gün varam
Sabah yoxam mən
Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm
Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm
O isimsiz kölgələrdən
O xəbərsiz bölgələrdən
Bir qartalam, qəlbi lalam
Qışda günəş, yayda qaram
Ya arı qonan çiçək
Ya da cismini axtaran ruham mən
Bu gün varam, sabah yoxam
Bu gün varam, bu gün varam
Sabah yoxam mən
Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm
Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm

(Mən kiməm? Mən heç kiməm)
(Mən kiməm? Mən heç kiməm)
(Sən tək, sən çarəsiz)
Mən ölüb gedəcəm üç günə, beş günə
(Sən dünyada qayğısız)
Mən ruhi azad, qəlbi köçkünəm

Ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm



Credits
Writer(s): Azər şirin, Miryusif Mirbabayev
Lyrics powered by www.musixmatch.com

Link