Milli Mətbəximiz

Mətbəximiz dadlı-dadlı
Yeməkləri dadlı-dadlı
Kababı dillər əzbəri
Lüləsi, tikəsi yeməli
Üç bacı dolması da var
Dadını bilən məst olar
Üç bacı dolması da var
Dadını bilən məst olar
Bol aç süfrələri
Yeyək, içək, nuş olsun
Qoy hər kəsin evində
Hər zaman bolluq olsun

Düşbərə, xingal, əriştə
Göy göyərti dəstə-dəstə
Balıqları çeşid-çeşid
Xəzərin suyundan içib
Qara, qırmızı kürüsü var
Adı dünyada dolaşar
Qara, qırmızı kürüsü var
Adı dünyada dolaşar
(Mm... Kürüyə bax...)
Bol aç süfrələri
Yeyək, içək, nuş olsun
Qoy hər kəsin evində
Hər zaman bolluq olsun

Ənənəvi bozbaşı var
Küftə, nanə yerində
Qışı, yazı fərq etməz
Yeyilər hər fəsildə
Bir də yarpaq dolması
Dolmaların şahıdır
Qatığı doldur üstünə
Keç təndir çörəyinə
(İsti-istidir, bəh-bəh-bəh)
Bol aç süfrələri
Yeyək, içək, nuş olsun
Qoy hər kəsin evində
Hər zaman bolluq olsun

Qutab, piti, ləvəngi
Bunun da var öz rəngi
Nəfis-nəfis xörəklər
Bolluğuyla fərqlənər
Ən sona saxlamışam
Yeməklərin şahını
Zəfəranlı plovum
Turşulu, qovurmalı
Bol aç süfrələri
Yeyək, içək, nuş olsun
Qoy hər kəsin evində
Hər zaman bolluq olsun

Bol aç süfrələri
Yeyək, içək, nuş olsun
Qoy hər kəsin evində
Hər zaman bolluq olsun
Hər zaman bolluq olsun
Hər zaman bolluq olsun
Hər zaman bolluq olsun
Hər zaman bolluq olsun
Hər zaman bolluq olsun



Credits
Writer(s): Farruh Sohib, Leyli Erol
Lyrics powered by www.musixmatch.com

Link