Qorxuram

Bu sevgi qorxudur məni
Eh, bu qədər aldanmışam
Silə-silə gözlərimi
Qorxuram sənə alışam
Qorxuram düşəm sehrinə
Əlim əlinə öyrənə
Dilim dilinə öyrənə
Hər yerdə səndən danışam
Bu sevgi qorxudur məni
Elə bilmə qəlbi daşam
Öpə-öpə əllərini
Qorxuram sənə alışam
Bu sevgi qorxudur məni
Elə bilmə qəlbi daşam
Öpə-öpə əllərini
Qorxuram sənə alışam
Qorxuram, qorxuram, qorxuram
Sənə alışam

Get, yarı yolda at məni
Xəbər göndər, aldat məni
Bulud kimi unut məni
Elə bil narın yağışam
Ayır məni bu şəhərdən
Ayır qüssədən, qəhərdən
Sənsiz qalsam, küçələrdən
Çətin ki, evə yığışam
Bu sevgi qorxudur məni
Elə bilmə qəlbi daşam
Öpə-öpə əllərini
Qorxuram sənə alışam
Bu sevgi qorxudur məni
Elə bilmə qəlbi daşam
Öpə-öpə əllərini
Qorxuram sənə alışam
Qorxuram, qorxuram, qorxuram
Sənə alışam

Bu sevgi qorxudur məni
Elə bilmə qəlbi daşam
Öpə-öpə əllərini
Qorxuram sənə alışam
Bu sevgi qorxudur məni
Elə bilmə qəlbi daşam
Öpə-öpə əllərini
Qorxuram sənə alışam



Credits
Writer(s): Aybəniz Güllər, Vahid əziz
Lyrics powered by www.musixmatch.com

Link