Unuda Bilmirem - Live

Ayrı düşdük, aylar ötdü, il oldu
Eşqim sənsiz bir çağlayan sel oldu
Bağça saldım, çiçək açdı, gül oldu
Neyçün səni bəs unuda bilmirəm?
Unuda bilmirəm
Min rəng verir bahar hər bir çiçəyə
Ruh gətirir hər qəlbə, hər ürəyə
Mən çatıram min arzuya, diləyə
Neyçün səni bəs unuda bilmirəm?
Unuda bilmirəm
Deyirlər ki, yoxdur sevgi, məhəbbət
Bir-birinə qız-oğlan edir adət
Doğrudanda, yoxdur əgər məhəbbət
Neyçün səni bəs unuda bilmirəm?
Unuda bilmirəm



Credits
Writer(s): Nevruz Genceli, Hacibaba Hasanov
Lyrics powered by www.musixmatch.com

Link