Tale

İçimdə bir işıq yanır
Elə bil işığın düşür gözümə
Gecikən eşqimdir gözü kölgəli
Günahkar olmuşam özüm-özümə
Gecikən eşqimdir gözü kölgəli
Günahkar olmuşam özüm-özümə
Əllərin əlimə üzüldü yenə
Ürəyim bağrından çıxa bilmədi
Əllərin əlimə üzüldü yenə
Ürəyim bağrından çıxa bilmədi
Məni evimizə aparan gecə
Səni evimizə yığa bilmədi
Məni evimizə aparan gecə
Səni evimizə yığa bilmədi

Taleyin göynümlü şıltaqlıqları
Ünümü aləmə, elə yaydılar
Əzilmiş ətirli nərgizlər barı
Məni görüb bir az toxdayaydılar
Əzilmiş ətirli nərgizlər barı
Məni görüb bir az toxdayaydılar
Əllərin əlimə üzüldü yenə
Ürəyim bağrından çıxa bilmədi
Əllərin əlimə üzüldü yenə
Ürəyim bağrından çıxa bilmədi
Məni, məni evimizə aparan gecə
Səni evimizə yığa bilmədi
Məni evimizə aparan gecə
Səni evimizə yığa bilmədi

Ulduzuma baxdım, axmadı
Dodağım çatladı, qanım çıxmadı
Ulduzuma baxdım, axmadı
Dodağım çatladı, qanım çıxmadı
Ulduzuma baxdım, axmadı
Dodağım, dodağım çatladı, qanım çıxmadı



Credits
Writer(s): əntiqə ələkbərova, Paşa Qəlbinur
Lyrics powered by www.musixmatch.com

Link