Mənimtək Yanan Harada Var

Sevdim səni, gördüm nə qədər kin səndən
Sanki aradan axan suyam, ey yar, mən
Ya mən günah etmişəm, tutubdur hirsin sənin
Ya özgə bir yarın var, o da gizlin məndən
Ya mən günah etmişəm, tutubdur hirsin sənin
Ya özgə bir yarın var, o da gizlin məndən
Dərdinlə mənimtək yanan harada var?
Zülmünlə qəlbi sınan harada var?

Eşqində təzə peyda olanlar çoxdur
Eşqində təzə peyda olanlar çoxdur
Əhdində mənimtək dayanan harada var?
Söylə, harada var?
Eşqində təzə peyda olanlar çoxdur
Eşqində təzə peyda olanlar çoxdur
Əhdində mənimtək dayanan harada var?
Söylə, harada var?

Mən getdim, bu qəlbim hələ çox qalacaqdır burada
Hər dərdinə, qəminə həmdərd olacaqdır burada
Cismim gedir əvvəlki kimi, qəlbin səninlədir hər an
Eşqinlə, sevginlə kam alacaq, inan
Cismim gedir əvvəlki kimi, qəlbin səninlədir hər an
Eşqinlə, sevginlə kam alacaq, inan
Dərdinlə mənimtək yanan harada var?
Zülmünlə qəlbi sınan harada var?

Eşqində təzə peyda olanlar çoxdur
Eşqində təzə peyda olanlar çoxdur
Əhdində mənimtək dayanan harada var?
Söylə, harada var?
Eşqində təzə peyda olanlar çoxdur
Eşqində təzə peyda olanlar çoxdur
Əhdində mənimtək dayanan harada var?
Söylə, harada var?

Söylə, söylə, harada var?



Credits
Writer(s): Məhsəti Gəncəvi, Pikə Axundova
Lyrics powered by www.musixmatch.com

Link