Ay Maşallah

Səhər tezdən açılanda pəncərə
Gözümə görsənir gözəl bir mənzərə
Nazlı yarım su verəndə güllərə
Ürəkdən sevinib söyləyirəm mən
Nazlı yarım su verəndə güllərə
Ürəkdən sevinib söyləyirəm mən
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri

Ceyrandan, cüyürdən incə yerişi
Qəlbimə nur saçır şirin gülüşü
Dodaqları dirildəcək ölmüşü
Yanaqları balla öpməliyəm mən
Dodaqları dirildəcək ölmüşü
Yanaqları balla öpməliyəm mən
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Belə yandım, ay Allah, iri-iri gözləri

Sənin olsun mənim şirin sözlərim
Eşqindən alışan qara gözlərim
Dərələrim, dağlarım, yaşıl düzlərim
Sənsiz bu dünyanı istəmirəm mən
Dərələrim, dağlarım, yaşıl düzlərim
Sənsiz bu dünyanı istəmirəm mən
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Belə yandım, ay Allah, iri-iri gözləri

Məcnun olub dərələrdə gəzəcəm
Ən gözəl gülləri sənə düzəcəm
Oyna, ceyran, mən də sənlə süzəcəm
Sənə heyran, səni sevməliyəm mən
Oyna, ceyran, mən də sənlə süzəcəm
Sənə heyran, səni sevməliyəm mən
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Belə yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri



Credits
Lyrics powered by www.musixmatch.com

Link