Popurri : Nə Qaldı, Kimə Qaldı / Sənsən / Kəndimiz

Yığdın bu dünyanın malın-dövlətin
Yığdın bu dünyanın malın-dövlətin
Əllini aşırdın, yüzə nə qaldı?
Əllini aşırdın, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi
Ayaq getdi, əl gətirdi, diş yedi
Baxmaqdan savayı gözə nə qaldı?
Baxmaqdan savayı gözə nə qaldı?
Nə qaldı, kimə qaldı
Baxmaqdan savayı gözə nə qaldı?
Nə qaldı, kimə qaldı
Baxmaqdan savayı gözə nə qaldı?

Aylı gecə, sərin külək, göy çəmən
Dörd yanımız ətir saçır yasəmən
Aylı gecə, sərin külək, göy çəmən
Dörd yanımız ətir saçır yasəmən
Ancaq məni heyrətlərə qərq edən

Ancaq məni heyrətlərə qərq edən
Nə çəməndir, nə çiçəkdir
Nə çəməndir, nə çiçəkdir
Sənsən, sən, sənsən, sən
A gülüm, sənsən, sən, gülüm, sənsən
Sənsən, sən, sənsən, sən
A gülüm, sənsən, sən, gülüm, sənsən
Saz götürüm, dastan yazım hüsnünə
Bahar güllərində gözəl kəndimiz
Alma ağacların, yaşıl bağların
Alma ağacların, yaşıl bağların
Aşiqiyəm onu quran əllərin
Aşiqiyəm onu quran əllərin
Kəndimiz, kəndimiz, kəndimiz
Kəndimiz, kəndimiz, kəndimiz
Nə qəşəngdir, nə gözəldir kəndimiz
Nə qəşəngdir, nə gözəldir kəndimiz

Səhər tezdən açılanda pəncərə
Gözümə görsənir gözəl mənzərə
Nazlı yarım su verəndə güllərə
Ürəkdən sevinib söyləyirəm mən
Nazlı yarım su verəndə güllərə
Ürəkdən sevinib söyləyirəm mən
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri

Ceyrandan, cüyürdən incə yerişi
Qəlbimə nur saçır şirin gülüşü
Dodaqları dirildəcək ölmüşü
Yanaqları balla öpməliyəm mən
Dodaqları dirildəcək ölmüşü
Yanaqları balla öpməliyəm mən
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Belə yandım, ay Allah, iri-iri gözləri

Sənin olsun mənim şirin sözlərim
Eşqindən alışan qara gözlərim
Dərələrim, dağlarım, yaşıl düzlərim
Sənsiz bu dünyanı istəmirəm mən
Dərələrim, dağlarım, yaşıl düzlərim
Sənsiz bu dünyanı istəmirəm mən
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Belə yandım, ay Allah, iri-iri gözləri

Məcnun olub dərələrdə gəzəcəm
Ən gözəl gülləri sənə düzəcəm
Oyna, ceyran, mən də sənlə süzəcəm
Sənə heyran, səni sevməliyəm mən
Oyna, ceyran, mən də sənlə süzəcəm
Sənə heyran, səni sevməliyəm mən
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Belə yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri
Ay maşallah, iri-iri gözləri
Yandım, ay Allah, iri-iri gözləri



Credits
Lyrics powered by www.musixmatch.com

Link