Kiminə

Bir dünya var içində min dünyada
Bir röya var içində min obrazda
Nə zaman gerçək, nə zaman yuxu
Bilməm, bəlkə şərt oyanmaq
Həyatda bir neçə yol var
Kiminə sevgi, kimisə yalnız
Kiminə günəşli, kiminə yağış
Kimi də inanmır, bir ümid tapmır
Tükənmədim
Davam edib ürəyimin səsi ilə
İnamım, güvənim
Hər zaman mənimlə
İndi mən
Ya bir əcəl, ya sonuna gedəcəm
Ya bitəcək
Ya görəcəm gerçəyi
Yalnız olmaq yaxşı yalnız hiss etməkdən
Məğlub olmaq yaxşı şansı itməyindən
Məyus olma sevginin bitməyindən
O, sənə dönər yenə
Səhvlər təcrübə yaradır
Səhvlər gücünü oyadır
Bilməm, yolumuz haradır
Qəflət yuxudan oyanıb

Tükənmədim
Davam edib ürəyimin səsi ilə
İnamım, güvənim
Hər zaman mənimlə
İndi mən
Ya bir əcəl, ya sonuna gedəcəm
Ya bitəcək
Ya görəcəm gerçəyi
İndi mən
Ya bir əcəl, ya sonuna gedəcəm
Ya bitəcək
Ya görəcəm gerçəyi



Credits
Lyrics powered by www.musixmatch.com

Link