Görüş (feat. Cavan Zeynallı) ["Yollar Görüşəndə" Filmindən]
Günəş dağlar arxasına çəkilib artıq
Yenə parlaq ulduzlarla dolub kəhkəşan
Sevinc dolu gözlərimdə bir nigaranlıq
Burada durub gözləyirəm səni bayaqdan
Burada məni hər gələn səs hər düşən kölgə
Diksindirir ürəyimi, salır təşvişə
Sənsə gəlib çıxmayırsan, deyirəm bəlkə
Mən vaxtından tez gəlmişəm bu gün görüşə
Sənsə gəlib çıxmayırsan, deyirəm bəlkə
Mən vaxtından tez gəlmişəm bu gün görüşə
Yox, yox, budur, sən gəlirsən gülümsəyərək
Gəlişinlə bir səadət verirsən mənə
Elə bil ki dilə gəlir sinəmdə ürək
Pıçıltı ilə, asta-asta söyləyir sənə
Gözlərimdə Günəş kimi yüksəlməsəydin
Eşqimizin ilk baharı vaxtsız solardı
Əgər bu gün bu görüşə sən gəlməsəydin
Yer üzündə bir səadət əksik olardı
Əgər bu gün bu görüşə sən gəlməsəydin
Yer üzündə bir səadət əksik olardı
Sən gəlməsəydin
Yenə parlaq ulduzlarla dolub kəhkəşan
Sevinc dolu gözlərimdə bir nigaranlıq
Burada durub gözləyirəm səni bayaqdan
Burada məni hər gələn səs hər düşən kölgə
Diksindirir ürəyimi, salır təşvişə
Sənsə gəlib çıxmayırsan, deyirəm bəlkə
Mən vaxtından tez gəlmişəm bu gün görüşə
Sənsə gəlib çıxmayırsan, deyirəm bəlkə
Mən vaxtından tez gəlmişəm bu gün görüşə
Yox, yox, budur, sən gəlirsən gülümsəyərək
Gəlişinlə bir səadət verirsən mənə
Elə bil ki dilə gəlir sinəmdə ürək
Pıçıltı ilə, asta-asta söyləyir sənə
Gözlərimdə Günəş kimi yüksəlməsəydin
Eşqimizin ilk baharı vaxtsız solardı
Əgər bu gün bu görüşə sən gəlməsəydin
Yer üzündə bir səadət əksik olardı
Əgər bu gün bu görüşə sən gəlməsəydin
Yer üzündə bir səadət əksik olardı
Sən gəlməsəydin
Credits
Writer(s): Fikrət Qoca, Ruhəngiz Qasımova
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.