Uzaqlardan Məktub
Əziz atam və anam, sağ olun ki, böyütdünüz məni
Mən ola bilərdim indi küçədə dilənənlərdən biri
Döşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə
Deyiləm sevinənlərdən ki, növbəti gün oyanıb diri
Mənim uşaqlığım keçdi də müharibə illərində
Həyətdə oynayanda valideynlər çörək növbələrində
Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə
Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə
Əziz atam və anam, siz bəzən dalaşırdınız
Gözümü yumub, qorxub istəyirdim evdən qaçmaq
Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzün
Mən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq
"Böyüyüb soyuq biri olacam" - deyib bərk qucaqlamaq
Uşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasa
Həyatda qırdığın qəlbləri geri qaytarmaq ki, sonra
Başdaşını qucaqlayıb "Bağışla" demək gec olmasın
Əziz atam və anam, sizə deyiləcək sözüm çox
Mənim uşaqlıqda az olub oyuncağım, amma gözüm tox
Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdiniz
Mənə görə təvəllüd göstərmir insanın böyüklüyünü
İçimə qapandım illərlə, azaldı səsim, küyüm
Alışıb yansam, bu torpağa istəmərəm tökülsün külüm
Məni isidərsən, gülüm, mahnılar olmayanda
Bu şəhər yaman boş görünür insanlıq olmayandan
Əziz atam və anam, siz günahkar deyilsiniz
Bir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh
Bir qurtum su istəyəndə bir okean verirsiniz
Dilənçi yaxşı görər sevgi hərdən isitməz, əzab verir
Həqiqət qorumaqdırsa ailəni, vətəni, evi
Gənclik vəfasız quş kimi əylənib, tükənib gedir
Qalır təkcə insanlıq qışda sadiq sərçətək
O heç vaxt uçmayacaq, gəl bir ömürlük mərc edək

Credits
Writer(s): Orkhan Zeynalli, Perviz Isaqov
Lyrics powered by www.musixmatch.com
Link
Other Album Tracks
Altri album
- Sonunda Evdəyəm (feat. Jasur Nematov) - Single
- İllər Sonra (feat. Ayni Khalid) [Live Orchestral] - Single
- Bulud (feat. Nargis Majidli) [Live Orchestral] - Single
- Buz Uşağı (feat. Çinarə Məlikzadə) [Live Orchestral] - Single
- Salam-Sağ Ol / Heç Vaxt
- Torpaqdan Ev / Kor Zabit (feat. Uran) - Single
- Bir Də Gəlsəm (feat. Röya Miri) - Single
- Buz Uşağı
- Buz Uşağı - Single
- Səma (feat. AISEL) - Single
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.