Nirvana

Mənsizlər mənsizləyir mənsiz
Mahnılar qalmaz heçkimsəsiz.
Gələnlər gedirlər gərəksiz
Uçanlar da uçurlar fərsiz.
Cansızlar yazıqlar simasız
Hətta vicdanları qidasız
Zəiflər döyülür səbəbsiz
Qədərsiz dünya bərəkətsiz.

Bu sirlər soruşur güzgüdən
Allahsız soruşur güzgüdən.
Kim burda əksinə düzgünə
Alçaqlar inanır bir günə.
Körpələr qocalır 100 günə
Ümid var güvənir pis günə
Heykəllər insan üçün nümunə
Oralar zəngçatmaz abunə!

De Niyə? Sənsiz qalmışam mən
De Niyə? Ucadan bir də
De Niyə? Qocalmış dünyam
Ucadan bir də
De Niyə? Sənsiz qalmışam mən
De Niyə? Ucadan bir də
De Niyə? Qocalmış dünyam

Qapılar heçvaxt bağlı olmaz
Mən getsəm belə dünya solmaz
İnsanlar yararlı, yaramaz
Yaradan bizi boş yaratmaz
Nəsildən mənə gələn miras
Alışmışam ona mən biraz
Bu ayaz gecələr toxunmaz
Riyakar qorxunu aldatmaz

İndi tək qalmışam özümdə
Özümdə, bir də yad sözümdə
O məhrum yaşlı kor gözümdə
Yada çox qayğısız dözümdə

Körpələr qocalır 100 günə
Ümid var güvənir pis günə
Heykəllər insan üçün nümunə
Oralar zəngçatmaz abunə!

De Niyə? Sənsiz qalmışam mən
De Niyə? Ucadan bir də
De Niyə? Qocalmış dünyam
Ucadan bir də
De Niyə? Sənsiz qalmışam mən
De Niyə? Ucadan bir də
De Niyə? Qocalmış dünyam

Mənsizlər mənsizləyir mənsiz
Sənsizlər sənsizləyir sənsiz
Uçanlar da uçurlar pərsiz
Cansızlar yazıqlar simasız



Credits
Writer(s): Miryusif Mirbabayev
Lyrics powered by www.musixmatch.com

Link