Məhəbbətə Hə, Xəyanətə Yox

Mənimsən bilirəm, xəyallarla gəlmisən yanıma.
Sevirsən bilirəm, muradımsan, tək arzumsan...
Uçursan görürəm, qanadlanıb gəlirsən yanıma.
Duyursan görürəm... Uzaqdasan, yaxındasan sən.

Yuxularıma, sənsizlik qatıb için-için ağladığım o sonsuz gecələri,
Xəyanəti ürəyimdən atıb, uzun-uzun düşündüyüm yuxusuz gecələrim.
İnanmağımı istəyirdin mənim, yalan deyirdi dilin... Bağışlayar ürəyim.
Bircə şərtim var mənim.

Məhəbbətə Hə, Xəyanətə Yox!
Sözlərini seç danışma belə.
Yalanlara Yox! Məhəbbətə Hə!
Qulağını aç diqqətlə dinlə...

Bircə şərtim var mənim

Məhəbbətə Hə, Xəyanətə Yox!
Sözlərini seç danışma belə.
Yalanlara Yox! Məhəbbətə Hə!
Qulağını aç diqqətlə dinlə...

Məhəbbətə Hə!!!

Credits
Lyrics powered by www.musixmatch.com

Link