Günahsız Günahım

Bir anlıq istəmədən xəyallara dalıram
Mənə həsr eyləyən illərə boylanıram
Sanki yuxu görürəm qəflətən oyanıram
Taleyimə yazılan ey günahsız günahım

Zülmətə əsir olan sabahımsan
Kədərə sevincimə ortağımsan
Ürəyimdə yaramsan fəryadımsan
Unutma.

Bu qəlbimdə ümidsiz duyğular üsyan edir
Çarəsizəm bir ömür üz tutub hara gedir
Düşünməki yaxşıyam acın məni məhv edir
Taleyimə yazılan ey günahsız günahım

Zülmətə əsir olan sabahımsan
Kədərə sevincimə ortağımsan
Ürəyimdə yaramsan fəryadımsan
Unutma.



Credits
Writer(s): George Joseph Wertz
Lyrics powered by www.musixmatch.com

Link