Öz Anam

Hopub ürəyimə dərdim, anacan
Yadıma düşüb o laylay, anacan
Götürüb o qəmi gəldim, anacan
Qəmin alovuna, qoyma, yana can

Ey əziz anam, mehriban anam
Məni sənin qədər kim anlayar?
Halıma yanan, mənim öz anam
Ürəyi qəm-kədər, kim anlayar?
Məni sənin qədər kim anlayar?

Nə dostlarıma, nə sevgilimə
Demədiyim qəmi sənə deyim
Yanır ürəyim, axı neyləyim?
Anacan, hər şeyimsən, hər şeyim
Sənə fəda, varımsa hər nəyim

Ürəyimi açım, əllərini aç
Məni böyüdüb o əllər, anacan
Telinin ağına qurban olaram
Hanı bəs o qara tellər, anacan?

Ey əziz anam, mehriban anam
Məni sənin qədər kim anlayar?
Halıma yanan, mənim öz anam
Ürəyi qəm-kədər, kim anlayar?
Məni sənin qədər kim anlayar?
Nə dostlarıma, nə sevgilimə
Demədiyim qəmi sənə deyim
Yanır ürəyim, axı neyləyim?
Anacan, hər şeyimsən, hər şeyim
Sənə fəda, varımsa hər nəyim
Ey əziz anam, mehriban anam
Məni sənin qədər kim anlayar?
Halıma yanan, mənim öz anam
Ürəyi qəm-kədər, kim anlayar?
Məni sənin qədər kim anlayar?



Credits
Lyrics powered by www.musixmatch.com

Link