Öpsən

Yağışın səsini eşidirsənmi?
O mənim səsimdir, dinlə ürəkdən
Havaya, yağışa dönmüşəm, gülüm
Alarsan ətrimi
Alarsan ətrimi
Əsən küləkdən
Havaya, yağışa dönmüşəm, gülüm
Alarsan ətrimi
Alarsan ətrimi
Əsən küləkdən
Öpsən bu yağışı, məni görərsən
Yağışdan gül bitər, onu dərərsən
Gülləri sinənin üstə sərərsən
Hardasan, hardasan, sevgilim, harda? - deyərsən
Öpsən bu yağışı, məni görərsən
Yağışdan gül bitər, onu dərərsən
Gülləri sinənin üstə sərərsən
Hardasan, sevgilim, harda? - deyərsən
Çəkildim buludtək göylərə yenə
Qarışdım havaya, dumana-çənə
Qayıtdım yenə də, döndüm mən sənə
Ayrıla bilmirəm
Ayrıla bilmirəm
Sevgilim, səndən
Qayıtdım yenə də, döndüm mən sənə
Ayrıla bilmirəm
Ayrıla bilmirəm
Sevgilim, səndən
Öpsən bu yağışı, məni görərsən
Yağışdan gül bitər, onu dərərsən
Gülləri sinənin üstə sərərsən
Hardasan, sevgilim, harda? - deyərsən

Öpsən...
Öpsən bu yağışı, məni görərsən
Yağışdan gül bitər, onu dərərsən
Gülləri sinənin üstə sərərsən
Hardasan, hardasan, sevgilim, harda? - deyərsən
Öpsən bu yağışı, məni görərsən
Yağışdan gül bitər, onu dərərsən
Gülləri sinənin üstə sərərsən
Hardasan, sevgilim, harda? - deyərsən
Öpsən!



Credits
Writer(s): Aygün Kazımova, Cəlal Qurbanov
Lyrics powered by www.musixmatch.com

Link