Sevdim səni

Ətrini qoxlamadan sevdim səni, sevdim yəni
Limanda yorğun ayaqlar gözlədi, gəlmədi gəmi
Sevmədi məni, nə də saymadı təqvimləri
Xətrinə şeir yazıb, vərəqə düzdüm hər cümləni
Hər cümə səni görməkçün bir neçə söz bəs eləyirdi
Çoxdan küsüb o məndən, amma gözləri yenə nəsə deyirdi
Lal olan ayaqlar gedirdi, kar olan hisslərin ardınca
Gündən-günə keçir ömür, hər səhər sənsiz oyandıqca
Günəş nurunu üzümə vurub gizlənirdi hardasa
Yağış təbiəti necə unudar torpaq hələ də yaşdırsa?
Yol daşdırsa, sənə gələ bilməsəm əgər, ara bir yada sal
Sənə 20 mahnı, 4 kitab, bir ömür yazdım hardasa!
Gəl, hardasan?!
Həmin yerdəsənmi hələ də?
Tozlanıbmı pəncərələr, varmı yanında bir kimsə?
İtirdim kimisə
Bilirsən necə tək qaldım?!
Yeganə doğmamsan ki, illərdir yad kimisən
Ayrılığımıza şahid olan hər bir küçənin
Tozunda, torpağında ətrin qalıb ilk günkü kimi
Təki sən gül deyə mən neçə gülü qırdım az yaşında
Təxmini üç ildir qalıb ayrı saçların balışımdan
Sevməsən də sevərəm
Geri gəlməsən gözlərəm
Dedin geriyә dönmәrәm ovuclarına
Mənim əllərimdə sənə gül
Sənin əllərində bir ömür
Göz yaşlarım da süzülür yollarına
Bilmirsən sən
Təxmini üç ildir qalıb ayrı saçların balışımdan
Sən bilən əvvəlki kimi gözəl qoxmur saçım, saqqalım
Kölgən gözümə qaranlıq dəyirdi şər qarışanda
Qalanlar ölümə məhbus olur, gedənlərsə sağ qalır
Dolaşır əlimə saçları qəhvəyi gözlərində qəm
Dodaqlar adını sayıqladı və gördü gözlərim nələr
Xəbərsiz çıxıb getdi ürəyimdən gözlənilmədən
Ona görə yaşamaq daha çətin gəlir ölümə nisbətən
Sevməsən də sevərəm
Geri gəlməsən gözlərəm
Dedin geriyә dönmәrәm ovuclarına
Mənim əllərimdə sənə gül
Sənin əllərində bir ömür
Göz yaşlarım da süzülür yollarına



Credits
Lyrics powered by www.musixmatch.com

Link