Məhz Bu Gün

Ya fələkdən, ya küləkdən yanıram məhz bu gün
Məni söndür nə olar, odlanıram məhz bu gün

Ya fələkdən, ya küləkdən yanıram məhz bu gün
Məni söndür nə olar, odlanıram məhz bu gün

Şəmi var, könlü rahatdır dəli pərvanələrin
Deyəsən boş-boşuna fırlanıram məhz bu gün

Deyilir ki, ümidi gözlə gələr bəlkə sabah
Qapıdan-pəncərədən boylanıram məhz bu gün

Qaralar bağlamışam, ömrümü cırmaqlayıram
Gülüşüb-əylənəni qısqanıram məhz bu gün

Ya fələkdən, ya küləkdən yanıram məhz bu gün
Məni söndür nə olar, odlanıram məhz bu gün

Bu qaranlıq uzadıqca uzayır, öyrəşirəm
Kədərə, dərdə, qəmə bağlanıram məhz bu gün

Vuqarın mənası məğrur və müşərrəf ancaq
Küçədən hər keçənə aldanıram məhz bu gün

Qaralar bağlamışam, ömrümü cırmaqlayıram
Gülüşüb-əylənəni qısqanıram məhz bu gün



Credits
Writer(s): Vugar Hasani
Lyrics powered by www.musixmatch.com

Link