Bəlkə

Sən üstəgəl mən bərabər sevgiyə
İnan ki, qəlbimi vermərəm səndən özgəyə
Yığılıb ruhumda xatirə qalaq-qalaq
Gəl birlikdə bir onları yada salaq
Mənimsən – demək istərəm, mənimsən
Bu dünyada aldığım nəfəsimsən
Solub qəlbinin gülləri
Dolub gözlərim bəlkə
Biz bir yerdə ola bilərdik
Belə olmalıymış bəlkə
Davam etsəydik, gedərdik
Sonunu görərdik bəlkə
Kaş – demək istəmərəm
Amma deyirəm "bəlkə..."

Gözlərindəki atəş ürəyimi yandırar
İndi yanğındakı kül tufan qaldırar
Sən adlı dərdim var, dərdim böyükdür
Amma ümid işıqlarım artıq sönükdür
Mənimsən – demək istərəm, mənimsən
Bu dünyada aldığım nəfəsimsən
Solub qəlbinin gülləri
Dolub gözlərin bəlkə
Biz bir yerdə ola bilərdik
Belə olmalıymış bəlkə
Davam etsəydik, gedərdik
Sonunu görərdik bəlkə
Kaş – demək istəmərəm
Amma deyirəm "bəlkə..."

Solub qəlbinin gülləri
Dolub gözlərin bəlkə
Biz bir yerdə ola bilərdik
Belə olmalıymış bəlkə
Davam etsəydik, gedərdik
Sonunu görərdik bəlkə
Kaş – demək istəmərəm
Amma deyirəm "bəlkə..."



Credits
Writer(s): Safa Eldar
Lyrics powered by www.musixmatch.com

Link