Şənbə

(Ürəyimə giriş qəti qadağandır)
(Ürəyimə giriş qəti qadağandır)
(Ürəyimə giriş qəti qadağandır)
(Ürəyimə giriş qəti qadağandır)
Mən onun, mən onun qəlbinin şifrəsi
Adım onun açar kəlməsi
Ora girməz bir özgəsi
Mən onun, mən onun "sevirəm" cümləsi
Gözümdə "o mənim" ifadəsi
Əlimdə ürək işarəsi
Mən onun, mən onun sehrli bəstəsi
Gündə bezdirən nəğməsi
Sağ xəyalların müjdəsi
Mən onun sağ və həm sola döngəsi
İlk günahı, son tövbəsi
Qara bəxtin ağ kölgəsi
O mənim şənbəm
Mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam
Mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi

(Ürəyimə giriş qəti qadağandır)

(Ürəyimə giriş qəti qadağandır)
Mən onun, mən onun uca zirvəsi
Həm sevinci həm qüssəsi
Bəxtimə yazılan cəriməsi
Mən onun, mən onun yerdə hər kəsi
Ömrümüzün hər dəqiqəsi
Sanki bir kino səhnəsi
Mən onun, mən onun dəlisi, xəstəsi
Eşq, məhəbbətin siftəsi
Everest-in son nöqtəsi
Mən onun, mən onun səhrada su əvəzi
O eşq dəryanın su pərisi
Baxışı gözümün qibləsi
O mənim şənbəm
Mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam
Mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi

(Ürəyimə giriş qəti qadağandır)

(Ürəyimə giriş qəti qadağandır)
Sən bunu bilginən, bil bunu, bilginən, bil, bilməlisən
Bu qaydalara baxmayaraq sən mənimsən
Arada, arada, arada düşünməlisən
Xoş gün yarada-yarada deyib-gülməlisən
Səndən başqa, səndən başqa
Ürəyimə giriş qəti qadağandır
Səndən başqa, səndən başqa
Ürəyimə giriş qəti qadağan
O mənim şənbəm
Mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam
Mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi
O mənim şənbəm
Mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam
Mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi
(Ürəyimə giriş qəti qadağandır)



Credits
Writer(s): Fariz Zeynalov, Mirbabayev Miri Yusif Miryusif, Miryusif Mirbabayev, Tural əliyev
Lyrics powered by www.musixmatch.com

Link