Keçəl Sevgi (feat. Rain Sultanov)

Ürəkdə cızıq, ulayır sanki külək
At məni külə, gülə
Sənin dərdinəm, bilirəm
Saxla dünyanı, mən burda düşürəm
Qorxuram ki, bir gün özgə olarsan
Tez əlini ver mənə, hələ ki, burdasan
Məhkumam, günahdır adın
Və mənim eybəcər, plastilin sevgim
Sevginə heykəl qoyaram, qadın
Bilirəm, nəfəsimdən yanır yanağın
İsti frazalar olub raritet
Aramızda "əzizim" sözü sadə epitet
Doğrudan sözlər - ilıq sevinc
Qranit baxışlar, bu hamısı mənəm - gic
Eybəcər, cızma-qara sevgidə
Əksin görünür məyus qəlbimdə
Saxla sevigimi, mən burda düşürəm
(Mən burda düşürəm)
Mən sənin keçəl sevginəm, bağışla
Saxla sevigini, mən burda düşürəm
(Mən burda düşürəm)
Mən sənin keçəl sevginəm, bağışla

Asfalt üstü "mel"lə çəkdim qəlbimi
Keç üstündən, sil ətrini
Sən olmayan günlərə qayıtmaq səfehlik
Sanki kölgəni azdırmaq
Sənin yaş qanadlı məhəbbətinəm
Ürək dərzisi, əzab hörəni
İllərim, çəkilin, mən gəlirəm
Karton xatirələrin qoruyanı
Sevgim parçalandı tikə-tikə
Soyuq yerdə qalıb hissə-hissə
Tapdalayır ayaqqabılar yekə-yekə
Qaldırıb yığan yox keçə-keçə
Ürəkdə cızıq, ulayır sanki külək
At məni külə, gülə
Sənin dərdinəm, bilirəm
İztirablı, keçəl sevginəm
Saxla sevigimi, mən burda düşürəm
(Mən burda düşürəm)
Mən sənin keçəl sevginəm, bağışla
Saxla sevigini, mən burda düşürəm
(Mən burda düşürəm)
Mən sənin keçəl sevginəm, bağışla



Credits
Writer(s): Malik Abd Malik Kalantarli
Lyrics powered by www.musixmatch.com

Link