Xronika

Hər işdə ehtiyatlı ol, hər tərəfdən gələ bilər təhlükə
Yüz ölç, bir biç, iş gör təmiz
Ailənə sadiq ol, qaytar hörmətə hörmət
Bil yerini, hər yerdə az danış
Çox öyrən, tanı düşməni-dostu
Səbrin olsun, yaxınına kömək elə
Amma yaxşılıqlarını vurma minnətə və
Heç vaxt demə kim pis
Kim yaxşıdır öz səhvini görməmiş
Bu gününə görə qiymət vermə
Heç kimə dünənini bilməmiş
Ölməmiş düşmənin tələsib atma silahını yerə əlindən
Hər kəsi oxu, tanı bir kitab kimi
Amma oxumağa başla əvvəlindən
Repə başladım 97-dən
İlk vaxtlar çox ağır gəlirdi musiqi beatləri
Amma Amaru Shakur, Ruff Ryders
DMX, aqressiv beatləri
Dinlədikcə fərqlənirdim Backstreet Boys fanatlarından
Pop qrupları 15 mahnı, hamısı sevgidən albomlarında
Öz dilimdə dinlədim ilk dəfə Anarın nağıllarını, təsir etdi
Sabah Olmayacaq mahnısı
Məni ilk dəfə qələmə, kağıza əsir etdi
Nazil etdi ilham pəriləri
Doldu səhifə, sonra doldu dəftər
Dəyirmanın üyütdüyü sözləri dinlədim
Oxudum günlərlə, həftələrlə
Pis dəqiqələrdə Xose gəldi köməyimə
Verdi mahnılar sərtlik ürəyimə
Westside, Underground, Aftermath
Repin içini-çölünü yığdım özəyimə
Güc biləyimə gəldi, rep istedad ya da ki lənətdir
Çox şey öyrəndim kitablardan
Daha çoxunu mənə dərdlər öyrətdi
Kim deyir rep yoxdur, rep öldü
Getmədi toya, pul almadı, söndü
Tərbiyəsizdir, amma yerində söydü
Yayılmadı, amma hamı duydu
Rapimiz-tariximiz, çağdaş şairlər rep səhnəsində
Əsas səs deyil, musiqi deyil, sözdür rep səhnəsində
İndi çox deyirlər Xose zəifdir
Anar yoxdur, Dəyirman tamam batıb
Amma hər gecə onların sözlərini əzbərləyib
Oxuyub, yatıb
Repi gətirdilər bizə, gətirdilər düz söz olsa da çətinlik
Yaltaqlıq deyil bu mahnı
Sadəcə müəllimlərimizə vəkillik!
Hər işdə ehtiyatlı ol
Hər tərəfdən gələ bilər təhlükə
Yüz ölç, bir biç, iş gör təmiz
Ailənə sadiq ol, qaytar hörmətə hörmət
Bil yerini, hər yerdə az danış
Çox öyrən, tanı düşməni-dostu
Səbrin olsun, yaxınına kömək elə
Amma yaxşılıqlarını vurma minnətə və
Heç vaxt demə kim pis
Kim yaxşıdır öz səhvini görməmiş
Bu gününə görə qiymət vermə
Heç kimə dünənini bilməmiş
Ölməmiş düşmənin tələsib atma silahını yerə əlindən
Hər kəsi oxu, tanı bir kitab kimi
Amma oxumağa başla əvvəlindən
Kim nə bilir, diss nədir, beat nədir, heat nədir
Black Wall Street nədir?
Nədir G style, nədir F style
Neçə saniyə olmalıdır hər battle-da freestyle?
Neçə course, neçə verse repdə norma?
Neçə bar, neçə sample doğru forma?
Nədir sağ mic, nədir sol mic
Neçə cür backvoice mümkündür ikili xorda?
Rep tək istedadla bitmir, professionallıq gözdən itmir
Çox MC seçə bilmir bir-birindən bizdə blood-la cripsi
Məsnəvidir rep bizdə adət
Repiniz yavaş, sanki istirahət
Misralarda yatırsınız
Çətin Dirty South sizdə istiqamət
Jeans marka Sean John, köynək Ecko
Black-white Converse, hamısı ghetto
Red bandana, my cap New Era
A-town chain, məndə fərqli sfera
H O S T - repdə prestij, bizim işimiz rep dadlı, isti
Bəlkə deyil sadə, amma keyfiyyətli
Demirəm hip-hopdur capoera
Mənim adım Qanuni Cinayət
Məzarım pir, qəbrim ziyarət
Rap nazirini tutduq girov, indi əlimizdə tam xilafət
Tik imarət adıma mənim
Hərdən adım gəlmir yadıma mənim
Amma tanıyıram böyük-kiçik
Hörmət, ar gəlir imdadıma mənim
Hər işdə ehtiyatlı ol
Hər tərəfdən gələ bilər təhlükə
Yüz ölç, bir biç, iş gör təmiz
Ailənə sadiq ol, qaytar hörmətə hörmət
Bil yerini, hər yerdə az danış
Çox öyrən, tanı düşməni-dostu
Səbrin olsun, yaxınına kömək elə
Amma yaxşılıqlarını vurma minnətə və
Heç vaxt demə kim pis
Kim yaxşıdır öz səhvini görməmiş
Bu gününə görə qiymət vermə
Heç kimə dünənini bilməmiş
Ölməmiş düşmənin tələsib atma silahını yerə əlindən
Hər kəsi oxu, tanı bir kitab kimi
Amma oxumağa başla əvvəlindən



Credits
Writer(s): Elkhan Qaraqan Zeynallı, Elvin Errant əmrahlı, əli Felon De Jure Qara
Lyrics powered by www.musixmatch.com

Link