Sirr

Şeirə sığmayanı necə dəyim ki bir nəfəsə?
Bu yolun sonu yoxdu, bilirdin ki öncədən sən
Yazıram bir vəfasıza, yazıram imrənəsən
Və indi məhrumsan, yanıva düşən kölgəmə sən

Yanımda yoxsan deyə, əskik olmur müsibətlər
Nəyə görə ayrı düşdük? xeyir deyil bu sir nəsə
Səni onunla görən zaman, asdım üzümü düzün desəm
Səni düşünüb yazdığımla, onu düşünüb hüzünlənmə

Nəyə görə deyil mümkün, hicransız, vədasız ömür?!
Birazca qal yanımda gözlərivin ədasın görüm
Həmişə gedib tapır anlamıram vəfasız könül
Bu eşqin hüznünə doydum bir azda səfasın sürüm

Bu qədər uzağkən biz üstümə niyə sən hopursan?
Artığ qəbul etdim savaşmıram sən onunsan
Bu qədər eyniləşmə, kimi sevsem sən olursan
Yanımda şeirkən sən, özgəyə niyə hərf olursan?

Orada sən varsan üzüm gülür, bölmə röyamı
Sənə yoxdu kinayəm, sadəcə sol yanım yanır
O qədər yorğundur ki, bu şair qoydu yazmağı
Başımı qoyub çiynivə, orada qoy biraz yatım

Necə gülürsən sən? mən burada qan qusan halda
Mənə yenə yazdırarsan, bu şəhərə yağmasa qarlar
Üstümə hüzün çöküb, və bir dəahuzarın var
Sən soyuq olduğca, mən bu şəhəri yandırasım var

Gəl bizi düşünək biz, düşünməyək dərt və səri
Bizdən yazabilmirəm, yazıram sən və məni
Bir aşiq düşün ki sən, buraxmısan qəlbi səfil
Mən bir səni unutmaram, bir o cəhrayı əlbisəni

Sən məndə keçmiş olub keçmirsən,
Gəlib keçir min cürəsi,olmur axı heç biri sən,
Aramızda kilometrlərlə qürur var,
Bəs necə olur ki bu qəlbimə sən söz keçirdirsən?

Sənin uğrunda, tüm cahanı qarşıma aldım
Biz hər qərarı, birlikdə danışıb alardıq, ki
Bu gözlərim artığ sənə görə yaşlı qalar mı?
Yanımda qalmasanda, sən yadımda yaxşı qalardın

Bizim sonumuz yox, çün səninlə başlamadıq
Səni əsəbləşdirərdi mənim qaş qabağım,
Səbibsiz yerə edərəm təbəssüm sənə
...yetər ki, səni qollarında ovutmasın başqaları

Bilmirəm sənə yazılan, neçəncidir bu ithafım
Gedəndə hər şeyi aldın, nə olacağ indi halım?
Bu qədər yaşanmışlığ düşünmədim intiqamı
Səninlə biz sonuna qədər söz verdik, birdik hanı?

Ayrılığa bəhanələr, iyrəndirən yalanların
Gedişivə tək səbəbdi, çox güman ki rahat batıb
Səndən mən sevgi istədim, mənə dəyər biçmədin
Sən məni tamamladın çox təəsüf tam anlamadın

Anlamırsan, sənsiz mənim üşüyür əllərim
Düşmə yola, ən azından düşün gəlməyi
Mənim sənə yazılan hər sətrdə gözyaşım olarkən
Axı bilmirdim, sənə bunlar gülüş mənbəyi

Qalmayıb vicdan içində, gəlmirsən nə insafa
Sübh çağında, gətirər otağa meh'in səfa
Sən o gün mənim gözlərimdən axı düşəndə belə
Təlaş etdim, qorxdum sənə soruşdum ki nəyinsə var?

Bir şəklin var məndə, əllərimlə sıxıb saxladım
Mən onu qoruduğum qədər, dostlar siri saxlamır
Apardın mənzərəmi, mənə isə zibili saxladın
Görənlər narkoman bilir, yumulmur göz qapağlarım

Düşünəbilmirəm, inan ki duruxub içim
Bu uşağ göz görə-görə, intihar yolunu seçib
Dostum indi doldur içim, inan mənim doludu içim
Xoşbəxtliyə çox güvənməyin hamısı yuxudu, keçir

Niyə gəldin könlün əgər deyildisə məndən yana?
Bu necə yanğındır ki, hər zaman mən idim yanan
Baxma mənə düşman kimi, mənə bunu görmə rəva
Qayğınaysa mən idim qalan, səbəb nəydi getmən yada?!

Xəyallardan bir ev tiktim, saçıma sən dən salsan
Evə mən yorğun gələcəm, qapını sən açarsan
İçimdə ümid qalıb, gələcəksən sən haçansa
Sənə əl qaldırmırdım, sanırdın əlçatmazsan



Credits
Writer(s): Ali Taşyürek
Lyrics powered by www.musixmatch.com

Link