Bilmirəm

Bilmək istərəm sözün doğrusunu
Kimi düz, kimi sevgi oğrusu
Budurmu həyatın da sorğusu?
Bunu heç çözə bilmirəm
Taleyin yükü ağrı-acılı
Hər günüm Şəhrizadın nağılı
Guya ki yaşaram ömrü qayğılı
Bunu heç çözə bilmirəm
Sevib, şənlənib
Günahdan vaz keçib yaşaram
Şirin nəğmələr deyib
Hər günü coşaram
Bir gün dəysələr xətrimə
Bir gün dəysələr xətrimə

Sel olub yağmurtək göydən yağaram
Qaynayıb bulaqtək yenə çağlaram
Könül bağçamın qapısın bağlaram
Bunu heç çözə bilmirəm
Sel olub yağmurtək göydən yağaram
Qaynayıb bulaqtək yenə çağlaram
Könül bağçamın qapısın bağlaram
Bunu heç çözə bilmirəm

Sevgidən mən imtina etsəm də
Vüsal gülü vaxtsız dərsəm də
Hicranı ayaq alta sərsəm də
Bilin, bu qəlb yenə sevər
Nə edib, nə deyim, nə söyləyim?
Qismətin şərabın necə içməyim?
Beş günlük bu dünyada necə sevməyim?
Bilin, bu qəlb yenə sevir
Sevib, şənlənib
Günahdan vaz keçib yaşaram
Şirin nəğmələr deyib
Hər günü coşaram
Bir gün dəysələr xətrimə
Bir gün dəysələr xətrimə

Sel olub yağmurtək göydən yağaram
Qaynayıb bulaqtək yenə çağlaram
Könül bağçamın qapısın bağlaram
Bunu heç çözə bilmirəm
Sel olub yağmurtək göydən yağaram
Çağlaram
Könül bağçamın qapısın bağlaram
Bunu heç çözə bilmirəm

Bunu heç çözə bilmirəm
Könül bağçamın qapısın bağlaram
Bunu heç çözə bilmirəm



Credits
Writer(s): Emil şahin, Yusif Ağayev
Lyrics powered by www.musixmatch.com

Link