Qərib Gecədə

Gülüm, səsləmə, geri dönmərəm
Yüz yol dindirsən, mən dinmərəm
Bil ki, sevmirəm geri baxmağı
Sənli xatirəm - bir göz dağı
Küləklər söyləyin, siz bilirsiz
Niyə zildən belə coşur dəniz?
Duyub həsrətimi, siz deyirsiz
Ayrılıq nəğməsi qoşur dəniz
Qərib gecədə necə həvəslə
Suda ulduzlar əksini tapır
Ümid xəyalım dönür həsrətə
Tənha ulduztək səmadan baxır

Heçdən bezmişəm, bir ümidim yox
Vəfasız dostla bil işim yox
Gəl, sus, oyatma, xatirə yatsın
De, axı nə üçün o oyansın?
Küləklər söyləyin, siz bilirsiz
Niyə zildən belə coşur dəniz?
Duyub həsrətimi, siz deyirsiz
Ayrılıq nəğməsi qoşur dəniz
Qərib gecədə necə həvəslə
Suda ulduzlar əksini tapır
Ümid xəyalım dönür həsrətə
Tənha ulduztək səmadan baxır



Credits
Writer(s): Səlim Həqqi, Yaşar Baxış
Lyrics powered by www.musixmatch.com

Link