Gecikməyin Sevməyə

Əl uzatdım, gəlmədi, ürəyimi bilmədi
Gizli eşqim ağladı, qara bəxtim gülmədi
Ürəyimin içində gizli sevgi bəslədim
Günlərin bir günündə o sevgimi səslədim
Əl uzatdım, gəlmədi, ürəyimi bilmədi
Gizli eşqim ağladı, qara bəxtim gülmədi

Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Aləm mənim olsa da, ürəyimi ovutmaz

Gözümdə eşqin qəmi zülmət edər aləmi
Gecə-gündüz axtarar itirdiyi həmdəmi
Hər kəsin öz vaxtı var, hər kəsin öz baxti var
Gecikməyin sevməyə, həm də ki, sevilməyə
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Aləm mənim olsa da, ürəyimi ovutmaz

Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz



Credits
Writer(s): Vaqif Gərayzadə
Lyrics powered by www.musixmatch.com

Link