Tənha

Yaşamaqda nə bir məna gördüm
Yaşlanmaqda nə bir səfa gördüm
Axtarmaqda nə bir şəfa gördüm
Bataqlıqda yenə tənha qaldım

Bu həyat yenə bezdirib məni
Bu səma yenə sezdirib məni
Ulduzlar yenə dindirir məni
Xəyallar boynuna yenə mindirir məni

Bəsdir artıq, dözdüm yetəri qədər
Bu qədər kədər, artıq yetmir əsəb
Əbəs yerə əsəbi etdin məni sən
Basdırıram indi, torpaqda dincələrsən

Yaşamaqda nə bir məna gördüm
Yaşlanmaqda nə bir səfa gördüm
Axtarmaqda nə bir şəfa gördüm
Bataqlıqda yenə tənha qaldım

Bu səfər artıq yoxdur qaçış
Səs eləmə, səsin aləmi basır
Qorx məndən, mən səngərdəki kasıb
Boynundan asıb, yeyəcəm xaş başından basıb

Bəs eləmir mənə, təsir eləmir mənə, tərs gəlir mənə, həyatdakı bütün arzularım
Bunuda burnundan gətirəcəm öncə su içim susuzladım
Steyksən, qabağındakı isə Hannibaldı
Baş əy mənə, yeməkdən öncə duzladım

Yaşamaqda nə bir məna gördüm
Yaşlanmaqda nə bir səfa gördüm
Axtarmaqda nə bir şəfa gördüm
Bataqlıqda yenə tənha qaldım



Credits
Writer(s): Elnur Farajov
Lyrics powered by www.musixmatch.com

Link