Gecə Zəngləri

Səni bir qaranlıq gecənin
Zəngi apardı bu dünyadan
Bəlkə bu gecənin zəngini
Təskinlik üçün uydurmuşam?
Yoxluğuna mən inanmadım
Çox yalvardım, ana, çox sənə
Güc gələ bilmədi harayım
Gecənin bu bəd xəbərinə

Allah bu günahımı bilsə
Bağışlamaz heç zaman məni
Qoruya bilmədim ölümdən
Nə atamı, nə də ki, səni
Atamın könlünü al, ana
Bəlkə soyuyar bir az kini?
Mən də sənin bir gün yanına
Həmişəlik gələnə kimi

Deyirlər, insan sönəndə
Talehinin ulduzu axır
Bəs niyə
Niyə göylərin üzündən
Mənə bir təzə
Təzə ulduz baxır?
Niyə, ana?



Credits
Writer(s): Eldar Mansurov, Vahid əziz
Lyrics powered by www.musixmatch.com

Link