Həsrətimsən

Günəş kimi batıb getdin
Gələrsənmi yenidən?
Niyə məni atıb getdin?
Kimsəsiz bir qəribəm
Həsrətimsən sən mənim
Kədərli bir göz yaşım
O qəmli xatirələr
Həmdəmim, tək sirdaşım
Xatırlaram o günləri
Sən mənimdin, mən sənin
O sevgi bir xatirədir
Nə sənindir, nə mənim
Həsrətimsən sən mənim
Kədərli bir göz yaşım
O qəmli xatirələr
Həmdəmim, sirdaşım

Ötən günlər geri dönməz
Bizsə yenə görüşdük
Bir ümid var ürəyimdə
Bəlkə, yenə barışdıq
Həsrətimsən sən mənim
Kədərli bir göz yaşım
O qəmli xatirələr
Həmdəmim, tək sirdaşım mənim



Credits
Writer(s): Nüsret Kesemenli, Polad Bülbüloglu
Lyrics powered by www.musixmatch.com

Link