Dayan Zaman

Mənə biraz işıq gərək
Cəmi bir kibritim var
Mənə biraz nağıl gərək
Həyatımda qüsur var

Mənə birazca sərin yetər
İqlimimdə külək yox
Mənə birazca su yetər
Səhradayam quyum yox

Yalan, yalan, yalan inan
Hər zaman bir şeylər əksik
Dayan, dayan, dayan zaman
Arzular çox, ömür əksik

Mənə biraz şərab gərək
Sərxoş olmağa səbəb var
Mənə biraz hüzur gərək
Daxilimdə tufan var

Mənə birazca günəş yetər
İstisi var, işığı yox
Mənə birazca bulud yetər
Şimşəyi var, yağışı yox

Yalan, yalan, yalan inan
Hər zaman bir şeylər əksik
Dayan, dayan, dayan zaman
Arzular çox, ömür əksik



Credits
Writer(s): Chingiz Mustafayev
Lyrics powered by www.musixmatch.com

Link