Heç Kəsi Sənintək

Gülüm, xəbərsizsən mənim qəlbimdən
Heç kəsi sənintək sevməmişəm mən
Bu can xəstə düşüb sənin dərdindən
Heç kəsi sənintək sevməmişəm mən
Heç kəsi sənintək sevməmişəm mən
Sən mənim sevgimə vermədin dəyər
Bir dəfə sevirəm, dedimmi məgər!?
Gözlərim kor olsun yalansa əgər
Heç kəsi sənintək sevməmişəm mən
Heç kəsi sənintək sevməmişəm mən

Gözəlim, qəlbimə salmışdım səni
Bir az da olsa sevmədin yəni?!
Nə üçün sən başa düşmürsən məni?
Heç kəsi sənintək sevməmişəm mən
Heç kəsi sənintək sevməmişəm mən
Sanki tənha quşam mən dar qafəsdə
Ölsəm gələrsənmi qəbrimin üstə?!
Bunu deyəcəm lap son nəfəsdə
Heç kəsi sənintək sevməmişəm mən
Heç kəsi sənintək sevməmişəm mən
Heç kəsi sənintək sevməmişəm mən
Heç kəsi sənintək sevməmişəm mən



Credits
Writer(s): əhməd Mustafayev, Sahib Ismiyev
Lyrics powered by www.musixmatch.com

Link