Qaranlıq Yuxu

Əlləri açıb səmaya, qışqırmaq – "Azadlıq!"
Yaranır qanadlarım, amma yaranmır azadlıq
Çünki yaralı qanadlar bəxş edib tanrım mənə
Çünki uça bilmərəm, əmanət ağrı mənə
Bu qədər sentimentallıq artıq bəsdir məncə
Birdən yuxudan oyandım səmadan səs gəlincə
Əsdi külək, kəsdi bıçaq, qəsdim onu məst eylədi
Səslənəndə insanlara, tanrım məni vəsf eləydi
Səbəbkar bəstəkarlar həqiqətlər gizlətdilər
Gerçəyi ört-basdır edib, qaçaraq gizləndilər
İstəmirəm yalan bəstələri, yazırsa axmaq ahıl
Nə qədər gizlətsəniz də üzə çıxacaq əvvəl-axır
Saatlar - saniyələr, əqrəblərə qan qarışıb
Artıq soyuqlar isti, artıq yaş alışıb yanır
Donur gözlərimdə 13 illik həyat fəlsəfəm
Bu qədər "doğrular" içində, yəqin mən səhvəm
Mən səhvəmsə, sən səfehsən, elə hey gileylənirsən
Bilirsənmi, gedirsən yolunu səhv - azaraq!?
Yanaraq alovlarda mərhəmət gözləyirsən
Zamana iynə sancıb dayandırmaq istəyirsən
Royalın sətirləri, Siratda son addım kimidir
Andımı elə içdim, bu sanki son andım kimidir
Sandım ki, qandım, amma ki, yanılmışam
Bəlkə mən də burada - yalanlarda yanırmışam?!



Credits
Writer(s): Adrenalin Beats, Royal Babayev
Lyrics powered by www.musixmatch.com

Link