Tünd Şərab

Gecə düşmüş qaranlıq
Sabahı axtarıram
Dörd bir yanım dalanlıq
Qapımı axtarıram
Dörd bir yanım dalanlıq
Qapımı axtarıram
Heç bilmirəm nədəndir
Yar da tərk edib məni

Heç bilmirəm nədəndir
Yar da tərk edib məni
Öz başımı tutmağa əlimi axtarıram
Öz başımı tutmağa əlimi axtarıram
Gəl ki, dodaqların qədəhim olsun
Bir tünd şərab kimi itirim səni
Alıb apardıqların halalın olsun
Onsuz da öldürər bu haram məni
Onsuz da öldürər bu haram məni

Yuxu gördüm yozmadılar
Sözüm bitdi duymadılar
İtirdiyimi bu dünyada
Axtarmağa qoymadılar
İtirdiyimi bu dünyada
Axtarmağa qoymadılar
Heç bilmirəm nədəndir
Yar da tərk edib məni

Heç bilmirəm nədəndir
Yar da tərk edib məni
Öz başımı tutmağa əlimi axtarıram
Öz başımı tutmağa əlimi axtarıram
Gəl ki, dodaqların qədəhim olsun
Bir tünd şərab kimi itirim səni
Alıb apardıqların halalın olsun
Onsuz da öldürər bu haram məni
Onsuz da öldürər bu haram məni
(Onsuz da öldürər bu haram məni)



Credits
Writer(s): əhməd Mustafayev, Samir Quliyev
Lyrics powered by www.musixmatch.com

Link