Anam

Əziz anam, şirin sözlü anam
Qəlbin, kövrək eşqin solmaz bahar
Gülər üzlü, qara gözlü anam
Hara getsəm, gözün mənə baxar
Əziz anam, şirin sözlü anam
Qəlbin, kövrək eşqin solmaz bahar
Gülər üzlü, qara gözlü anam
Hara getsəm, gözün mənə baxar
Ana, qəlbin layla olar, gəzər
Doğma səsin ömrü, günü bəzər
Lay-lay dedin ana, lay-lay dedin mənə
Həyat verdin mənə əziz ana
Laylan hələ yaşar, laylan ellər aşar
Günəş kimi yana-yana, ana

Ana, səsin aydın səhər olar
Ana, qəlbin keşik çəkər bizə
Yolum üstdə uzaq səfər olar
İşıq olar, nurdan düşər gözə
Mənim görən gözümsən sən, ana
Ömrüm-günüm, özümsən sən, ana
Lay-lay dedin ana, lay-lay dedin mənə
Həyat verdin mənə əziz ana
Laylan hələ yaşar, laylan ellər aşar
Günəş kimi yana-yana, ana



Credits
Writer(s): Fikrət Qoca, Sevil əliyeva
Lyrics powered by www.musixmatch.com

Link