Səni Gətirər

Fəsillər dəyişsə də
Baharın nəfəsi gətirər səni mənə
Bəs axı niyə?
Yox olursan payızın küləyi ilə?
Səbr etdim yenə
Gözlədim səni bir uşaq kimi
Qayıdarsan bəlkə də
Bir ümid, bir işıq, bir təsəlli
Sənin təsvirin mənim hisslərimdə
Hər bənd, hər sətir sözlərimdə
Həsr etdiyim nəğmələrimdə
Səsim səni mənə gətirər yenə
Yenə, yenə, yenə, yenə

İşarə ver uzaqdan
Sözünü de mənə, aç ürəyini mənə
Dayansın zaman
Sənsiz bir an nəyimə gərək?
Ağlayar göylər, səsim titrəyər
Əriyər buzlar, yaram sağalar
Biz itərik bəlkə hər ötən illə
Şeirlərimsə bizi yaşadar hələ
Sənin təsvirin mənim hisslərimdə
Hər bənd, hər sətir sözlərimdə
Həsr etdiyim nəğmələrimdə
Səsim səni mənə gətirər
Sənin təsvirin mənim hisslərimdə
Hər bənd, hər sətir sözlərimdə
Həsr etdiyim nəğmələrimdə
Səsim səni mənə gətirər yenə
Sənin təsvirin mənim hisslərimdə
Hər bənd, hər sətir sözlərimdə
Həsr etdiyim nəğmələrimdə
Səsim səni mənə gətirər yenə
Yenə, yenə, yenə, yenə



Credits
Writer(s): Günay Bədəlova
Lyrics powered by www.musixmatch.com

Link