Men Olacağam

Bu da son ayrılıq, son dayanacaq
Qismətin əlindən biz hara qaçaq
Günah kimdə oldu bilmirəm ancaq
Bilirəm tək yanan mən olacağam
Bilmirəm sevincdən ya qəmdən oldu
Bilmirəm dumandan ya çəndən oldu
Bəlkə də ayrılıq tək səndən oldu
Tək səndən oldu
Bir günah eylədin sən dönə dönə
Bağışladım səni sınadım yenə
Yenə də yenə də sənin xətrinə
Bilirəm tək yanan mən olacağam
Mən olacağam, Mən olacağam
Mən olacağam
Niyə ayrılırıq, hara gedirik
Vurub qəlbimizə yara gedirik
Bəlkə ikimiz də günah edirik
Bilirəm tək yanan mən olacağam
Bəlkə bir yuxudur oyanmalısan
Bəlkə geri dönüb dayanmalısan
Cəhənnəm odunda sən yanmalısan
Sən yanmalısan
Bir günah eylədin sən dönə dönə
Bağışladım səni sınadım yenə
Yenə də yenə də sənin xətrinə
Bilirəm tək yanan mən olacağam
Mən olacağam, Mən olacağam
Mən olacağam
Bu da son ayrılıq, son dayanacaq
Qismətin əlindən biz hara qaçaq
Günah kimdə oldu bilmirəm ancaq
Bilirəm tək yanan mən olacağam



Credits
Writer(s): Ayan Babakishiyeva
Lyrics powered by www.musixmatch.com

Link