Gəncədən Gəlirəm

Gəncədən gəlirəm, yüküm xurmadır
Gəncənin yolları burma-burmadır
Gəncədən gəlirəm, yüküm xurmadır
Gəncənin yolları burma-burmadır
Gəncədə bir qız var, teli durnadır
Günəşə - "sən çıxma, mən çıxım" deyir
Gəncədə bir qız var, teli durnadır
Günəşə - "sən çıxma, mən çıxım" deyir
"Ay" deyir, "vay" deyir
Günəşə - "sən çıxma, mən çıxım" deyir
"Ay" deyir, "vay" deyir
Günəşə - "sən çıxma, mən çıxım" deyir

Gəncədən gəlirəm, yüküm çiçəkdir
Gəncənin gülləri ləçək-ləçəkdir
Gəncədən gəlirəm, yüküm çiçəkdir
Gəncənin gülləri ləçək-ləçəkdir
Gəncədə bir qız var, adı Çiçəkdir
Quşlara – "sən uçma, mən uçum" deyir
Gəncədə bir qız var, adı Çiçəkdir
Quşlara – "sən uçma, mən uçum" deyir
"Ay" deyir, "vay" deyir
Quşlara – "sən uçma, mən uçum" deyir
"Ay" deyir, "vay" deyir
Quşlara – "sən uçma, mən uçum" deyir

Gəncədən gəlirəm, sözə bənd olub
Gəncənin meyvəsi şəkər, qənd olub

Gəncədən gəlirəm, sözə bənd olub
Gəncənin meyvəsi şəkər, qənd olub
Gəncədə bir qıza gözüm bənd olub
Cavada – "sən baxma, mən baxım" deyir
Gəncədə bir qıza gözüm bənd olub
Cavada – "sən baxma, mən baxım" deyir
"Ay" deyir, "vay" deyir
Ceyrana – "sən qaçma, mən qaçım" deyir
"Ay" deyir, "vay" deyir
Sulara – "sən axma, mən axım" deyir
"Ay" deyir, "vay" deyir
Günəşə - "sən çıxma, mən çıxım" deyir
"Ay" deyir, "vay" deyir
Sulara – "sən axma"
Sulara – "sən axma"
Sulara – "sən axma, mən axım" deyir



Credits
Writer(s): Emin Sabitoğlu, əhməd Cavad
Lyrics powered by www.musixmatch.com

Link