Sevdiyini Söylə

Ürək yenə yandı-söndü, söz odlandı
Saçlarım yenə yenə aşdı, coşdu, dalğalandı
Gözlər, bir baxışınla məni alışdırdı
Gözüm səndə, sözüm qəlbdə qaldı...
Nə deyim?! Ürək az qala dayandı...
Varmı?! Axtar, gəz, dolan bütün bu dünyanı
Sevgi qədirini bilənlərin olmalıdır
Amma, (amma) məndən sənə bir balaca məsləhət var
Ürəyində saxlama sevgini
Aç, danış mənə nə hiss etdiyini...
Qara gecələrə söylə
Günəşin özünə söylə
Qoy, eşitsin bütün dünya...
Sevdiyini söylə!
Qara gecələrə söylə
Günəşin özünə söylə
Qoy, eşitsin bütün dünya...
Sevdiyini söylə!
Sözlər bəzən çarəsizdir, çox acizdir...
Sözlər bəzən mənasızdır, quru səsdir...
Hisslər, mənim gözlərimdə gizlənibdir
Yaxşı bax, görə bilərsən sevgimi
Gözlərimdə gör, eşitmək istədiyini
İstəsən, görə bilərsən sevgimi
Gözlərimdən oxu, duymaq istədiyini
Qara gecələrə söylə
Günəşin özünə söylə
Qoy, eşitsin bütün dünya...
Sevdiyini söylə!
Qara gecələrə söylə
Günəşin özünə söylə
Qoy, eşitsin bütün dünya...
Sevdiyini söylə!

Qara gecələrə söylə
Günəşin özünə söylə
Qoy, eşitsin bütün dünya...
Sevdiyini söylə!
Qara gecələrə söylə
Günəşin özünə söylə
Qoy, eşitsin bütün dünya...
Sevdiyini söylə!
Sevdiyini söylə!
Mənə sevdiyini söylə!



Credits
Writer(s): Murad Arif
Lyrics powered by www.musixmatch.com

Link