Xəyanət Etməyən Kişi

Əziz xanımlar, indi bizə nağıl danışacaqlar!
Allaha and olsun, yalnız səni sevir
İki gözüm çıxsın, yalnız səni ürək sevir
Rəfiqələrin paxıllıqdan deyir
Onlar mənim kimisin tapmayıb, indi söz gəzdirir
Mərdi qova-qova namərd eyləmə
Mən qanadsız mələk və süddən çıxmış ağ qaşıq
Aman! Verdiyin çörəyi, zəhər eyləmə
Ayda bir gün deyək, gülək, yetər artıq biz dalaşdıq
Xəyanət etməyən kişi, onu axtarma nağıllarda
Xəyanət etməyən kişi, o, gerçəkdir, var həyatda
Çətindir bizlərin işi, inam yoxdur qadınlarda
Xəyanət etməyən kişi, bax dayanıbdır qarşında

Qısqanclıq varsa, demək ki, sevgi var
Amma miqdarını aşarsa, o sevgi bir gün solar
Sən axı agent deyilsən, sevgilim
Ən xırda şübhələrdən sonra başlanır yoxlamalar
(O, kim idi?)
Alimlər hesablayıb ki, dünyada ən çox
İnfarkt olan biz kişilər oluruq, amma ki
Çəkdirirsən dağları, göz qırpmadan
Bəsdir üzdün bu günahsız zərif qəlbi
(Telefonunu göstər!)
Xəyanət etməyən kişi, onu axtarma nağıllarda
Xəyanət etməyən kişi, o, gerçəkdir, var həyatda
Çətindir bizlərin işi, inam yoxdur qadınlarda
Xəyanət etməyən kişi, bax dayanıbdır qarşında

Bu kişilərin taleyidir, çəkirik biz nazı
Hərənizin özünə görədir etirazı
Ən azı sizinlə birgə yaşamağa hazır
Dedi-qodularınıza dözməyə biz hazır
Qadınlar deyirlər: "Kişilərdə çox yalan var"
Amma hər şey düzələcək, zamana güman var
Bu mahnıya görə məni qınayan tapılar
Xəyanətsiz kişi var, hələ də şübhən var?

Xəyanət etməyən kişi, onu axtarma nağıllarda
Xəyanət etməyən kişi, o, gerçəkdir, var həyatda
Çətindir bizlərin işi, inam yoxdur qadınlarda
Xəyanət etməyən kişi, bax dayanıbdır qarşında
Xəyanət etməyən kişi, onu axtarma nağıllarda
Xəyanət etməyən kişi, o, gerçəkdir, var həyatda
Çətindir bizlərin işi, inam yoxdur qadınlarda
Xəyanət etməyən kişi, bax dayanıbdır qarşında



Credits
Writer(s): Kristian Dessart, Murad Arif, Rəşid Mir
Lyrics powered by www.musixmatch.com

Link