Gəl, Sevgilim

Gələrəm, yenə də gələrəm
Nə qədər istəsən gözləyərəm
Gəlməsən, mən tənha neylərəm?
Özümü kimsəsiz bilərəm
Şimşəklər çaxmasa, yağışlar yağmasa
Sən mənə qayıdan deyilsən
Havalar dönməsə, küləklər əsməsə
Sən mənə heç dönən deyilsən
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq

Göylərə hər gecə baxıram
Mən səni düşünüb dalıram
Getdiyin yollara qaçıram
Tənhalıq içində susuram
Yanıma gəlməsən, "sevirəm" deməsən
Mən sənə qayıdan deyiləm
Buludlar dolmasa, yağışlar yağmasa
Mən sənə qayıdan deyiləm
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
(Olsun uzaq)



Credits
Writer(s): Leyli Erol, Nazim Memmedov
Lyrics powered by www.musixmatch.com

Link