Yaz Gəldi

Çal, ay aşıq, telli sazı
Salamlasın könül yazı
Çal, ay aşıq, telli sazı
Salamlasın könül yazı
Bülbüllərin xoş avazı
Deyir - yaz gəldi, yaz gəldi...
Bülbüllərin xoş avazı
Deyir - yaz gəldi, yaz gəldi...
Çəmənlərin meh nəfəsi
Çobanların tütək səsi

Çəmənlərin meh nəfəsi
Çobanların tütək səsi
Qaranquşların gəlməsi
Deyir - yaz gəldi, yaz gəldi...
Qaranquşların gəlməsi
Deyir - yaz gəldi, yaz gəldi...
Elimizə bahar gəldi
Könlümüzə bahar gəldi
Bahar gəldi, yaz gəldi
Bahar gəldi, yaz gəldi
Təbiətə işvə gəldi, naz gəldi...
Gəl gör, gülüm, sevgilim
Gül, gülüm, sevgilim

Gəl gör, gülüm, sevgilim
Gül, gülüm, sevgilim
Seyr edək çölü, düzü
Seyr edək çölü, düzü
Qoy, ilk bahar bəzəsin ömrümüzü...
Qoy, ilk bahar bəzəsin ömrümüzü...
Qoy, ilk bahar bəzəsin ömrümüzü...

Yamyaşıldır uca dağlar
Al geyinib bağça, bağlar
Yamyaşıldır uca dağlar
Al geyinib bağça, bağlar
Salxımlanan göy budaqlar
Deyir - yaz gəldi, yaz gəldi...
Salxımlanan göy budaqlar
Deyir - yaz gəldi, yaz gəldi...
Ana torpaq cavanlaşır
Dağ, çaylar çoşub, daşır

Ana torpaq cavanlaşır
Dağ, çaylar çoşub, daşır
Qış bizimlə vidalaşır
Deyir - yaz gəldi, yaz gəldi...
Qış bizimlə vidalaşır
Deyir - yaz gəldi, yaz gəldi...
Elimizə bahar gəldi
Könlümüzə bahar gəldi
Bahar gəldi, yaz gəldi
Bahar gəldi, yaz gəldi
Təbiətə işvə gəldi, naz gəldi...
Gəl gör, gülüm, sevgilim
Gül, gülüm, sevgilim

Gəl gör, gülüm, sevgilim
Gül, gülüm, sevgilim
Seyr edək çölü, düzü
Seyr edək çölü, düzü
Qoy, ilk bahar bəzəsin ömrümüzü...
Qoy, ilk bahar bəzəsin ömrümüzü...
Qoy, ilk bahar bəzəsin ömrümüzü...
Qoy, ilk bahar bəzəsin ömrümüzü...
Qoy, ilk bahar bəzəsin ömrümüzü...



Credits
Writer(s): Elekber Tagıyev, Hafiz Baxış
Lyrics powered by www.musixmatch.com

Link