Qalmaz Yollarda Gözlərim

Dünya bir gün üzümüzə güləcək yenə
Səni görüb qalmaz yollarda gözlərim
Ürəyimiz bu sevgiyə sevinər yenə
Qəlbimizdə həsrətin daha yox yeri
Mehriban dəniz baxır mənə mavi gözüylə
Sanki aldadıb aparacaq məni özüylə
Bilməyir ki, mən mavi gözə baxmaram daha
Çünki mavi gözdən mənim bircə baxışım baha
Alıb ömrümü yelləri bu dünyanın
Dəni ələnir saçlarıma
Ətir saçmayır gülləri bu dünyanın
Uzaq olmuşam öz yarıma
Dünya bir gün üzümüzə güləcək yenə
Səni görüb qalmaz yollarda gözlərim
Ürəyimiz bu sevgiyə sevinər yenə
Qəlbimizdə həsrətin daha yox yeri

Gözündən uzaq, mənimlədir yenə gözlərin
Özündən uzaq, eşidərəm yenə sözlərin
Bəlkə sevgilim öz qoynuna alacaq məni
Ya da bir dəfəlik oda-közə salacaq məni
Alıb ömrümü yelləri bu dünyanın
Dəni ələnir saçlarıma
Ətir saçmayır gülləri bu dünyanın
Uzaq olmuşam öz yarıma
Dünya bir gün üzümüzə güləcək yenə
Səni görüb qalmaz yollarda gözlərim
Ürəyimiz bu sevgiyə sevinər yenə
Qəlbimizdə həsrətin daha yox yeri

Dünya bir gün üzümüzə güləcək yenə
Səni görüb qalmaz yollarda gözlərim
Ürəyimiz bu sevgiyə sevinər yenə
Qəlbimizdə həsrətin daha yox yeri
Dünya bir gün üzümüzə güləcək yenə
Səni görüb qalmaz yollarda gözlərim
Ürəyimiz bu sevgiyə sevinər yenə



Credits
Writer(s): Rəşad Haşımov, Sərvər şahbəyli
Lyrics powered by www.musixmatch.com

Link