Ölüm Günü

Ölüm günü, bu gündür ölüm günü
Cismim xırıldayır, nəfəs ağır, ölüm gülür
Ulğumumdan sıxılır, ruh dirilir, cisim ölür, çönür ömür
Rüyalardan, arzulardan bölür, ölüm bölür

Ölüm günü, bu gündür ölüm günü
Cismim xırıldayır, nəfəs ağır, ölüm gülür
Ulğumumdan sıxılır, ruh dirilir, cisim ölür, çönür ömür
Rüyalardan, arzulardan bölür, ölüm bölür

Ölüm günü, bu gündür ölüm günü
Tənimdə yaralar var bıçaqdandır qanım süzür
Əzrayıl qol boyunda şirin gülür, bəllidir, payın güdür
Mən bilən heç bir kəsdə göz mənə bir dolmayacaq

Danışırdım həmişə böyük-böyük, billənirdi aqibətdə belə olacaq
Son zamanlarda düşür yadıma, nə qədər döşümə burda döydüklərim
Bir yerdə böyüdüklərim
Onlar da yoxdur burda, əl atılmır yaralarıma

Axır ki, yavaş-yavaş qırmızı qan, çıxır can, vaxtım var axıncan
Bağırır biri qulağıma - oldun mənə oyuncaq
Verirəm "fuck" dünyaya qayırım içini, yaşadım səni doyuncaq

Yıxılıb duruncaq
Keçir ağzıma daş-torpaq, qaçır məni vuran qorxaq
Gəl gör, bax geridə qal, çox tox bax, ibrət al, çalış burda xibrə qal
Naşı olma bu mənimkimin, götürülmür qalmaqal

Ölüm günü, bu gündür ölüm günü
Cismim xırıldayır, nəfəs ağır, ölüm gülür
Ulğumumdan sıxılır, ruh dirilir, cisim ölür, çönür ömür
Rüyalardan, arzulardan bölür, ölüm bölür

Ölüm günü, bu gündür ölüm günü
Cismim xırıldayır, nəfəs ağır, ölüm gülür
Ulğumumdan sıxılır, ruh dirilir, cisim ölür, çönür ömür
Rüyalardan, arzulardan bölür, ölüm bölür

Cəsədimi götürürlər, ötürürlər məzara sarı
Yayılır hər yerə ölümümün carı
Biri yapışır yaxamdan, getmə, burda qal barı, qal barı
Deyirəm, gəl bura qulağımda zarı, görüm nələr deyirsən

Məni görüb inanmadan keyirsən, orda-burda deyirsən
Haqqı idi elə onun ölüm, o gedən yola yoxdur dönüm
Getdim, amma qaldı burda çoxlu dölüm
Yoxdur dönüm, yoxdur dönüm

Ölüm məndə dərs, ala, gedirəm, çatıram qəssala
Cırıq yırtığı qurdala, bir az qabağa, bir az dala
Pambığı məndə xırdala

Bir-iki famillərdən ağlar olanı vidalaşaq çağır, gətir
Lüt bədənimə, tərbiyəsiz yerimə mənim gələn gəlir, baxır, gedir
Təbarik allah, sənə yüz bərəkallah
Gedirik buralardan, basdırılaq, meyit namazı bilməsən də, durma qıraq

اللّٰهُمَّ اغْفِرْ لِهٰذَا
الْمَيِّتِ لا هٰذَا عَمَلُ لا یَغْفَرُ مَيِّتِ
Baş daşa bunu qeyd et
هٰذَا عَمَلُ لا یَغْفَرُ مَيِّتِ
Lap basdırılır dərin-dərin, buralar çox sərin-sərin
Tök torpağı, buladı kəfəni alın tərin

Tapdalayır qəbrimi alçaq, keçir ağzıma torpaq
Durur baş daşımda şax, sınır qabırğalar lax
Ağlayan, bağıran kim, məni yer altı çağıran kim
Fatihələri yağıdan kim

Biri bilir necə ağlatmalar
Qılığın salır burda ay qırğın, ay qırğın
Gizlin sevgilim də gəlib burda axıdır gözünün zılığın

Ölüm günü, bu gündür ölüm günü
Cismim xırıldayır, nəfəs ağır, ölüm gülür
Ulğumumdan sıxılır, ruh dirilir, cisim ölür, çönür ömür
Rüyalardan, arzulardan bölür, ölüm bölür

Ölüm günü, bu gündür ölüm günü
Cismim xırıldayır, nəfəs ağır, ölüm gülür
Ulğumumdan sıxılır, ruh dirilir, cisim ölür, çönür ömür
Rüyalardan, arzulardan bölür, ölüm bölür

Buradır, birinci gün, hamı gedibdir, təkəm mən
Başım xarab, yad buralar, karıxmışam, dəkəm mən
Haradır buralar, lap şəkəm mən, ay qənimlər
Güdürəm, gələr indi tutar əlimi hurilər və gəlinlər

Daşır bu şəhvətim, bəs harda qaldi pərilər, pərilər?
Dəstə-dəstə gəlirlər
Yaxınlaşır, görürəm sınıqlardır yanıqlar və əlillər
Diş atır dərindən, qana boyanan cəninlər

Ayağım gücü qaçıram, amma tutur mənim əlimdən
Dönürəm, qırmızı göz deyir mənə ki, səbr elə
Döz güvərir payın üzməli köz, yoxumdur söz
Buraxın gedim məni, qabağımı alır başqa dəli

Tənin də yoxdur dəri, lütdür qəti, qırmızı əti qanadı pəri
Gəlir bəri, süzülür gözə alin təri
Yapışır ulğumumdan, yerdən üzür məni
Öldürür, dirildir, öldürdür, dirildir

Dərimi soyur tikildir, ölülər yanında məni kiçildir
Bu alçaq, olmaz burdan qaçmaq, hey baxmaq
Artmalıdır belə cəsarətim
Uzundur məsafətim ki, dəf edəm bu afəti

Verirəm döşümü irəli, çağırın bura qiyaməti
Edə bilməz bu zülmlər idaləti
Bacarığınız elə budur, bu?

Eşidib sözümü mənim qırmızı göz qudurdu
İki barmağı qözümə taxdı, buruldu, yoruldu
Zülm qalmadı, daddım, çəkildi dala bir addım
Olsaydıq dünyada əgər, qol-qanadını qırardım

Ölüm günü, bu gündür ölüm günü
Cismim xırıldayır, nəfəs ağır, ölüm gülür
Ulğumumdan sıxılır, ruh dirilir, cisim ölür, çönür ömür
Rüyalardan, arzulardan bölür, ölüm bölür

Ölüm günü, bu gündür ölüm günü
Cismim xırıldayır, nəfəs ağır, ölüm gülür
Ulğumumdan sıxılır, ruh dirilir, cisim ölür, çönür ömür
Rüyalardan, arzulardan bölür, ölüm bölür



Credits
Writer(s): Payam Amani
Lyrics powered by www.musixmatch.com

Link