Xudayar Təsnifi - Vətən Yaxşıdır

Dumanlı dağların başında durdum
Dumandan özümə bir xeymə qurdum
Dumanlı dağların başında durdum
Dumandan özümə bir xeymə qurdum

Keçdi xəyalımdan öz gözəl yurdum
Dumanlar başında duman göründü
Duman göründü

Keçdi xəyalımdan öz gözəl yurdum
Dumanlar başında duman göründü
Duman göründü

Xəzər dənizi tək eşqimlə coşdum
Xülyalar içində sanki bihuşdum
Xəzər dənizi tək eşqimlə coşdum
Xülyalar içində sanki bihuşdum

Vətən arzusuyla nəğmələr qoşdum
Tufanlar qarşımda dastana döndü
Dastana döndü

Vətən arzusuyla nəğmələr qoşdum
Tufanlar qarşımda dastana döndü
Dastana döndü

Könüllər cəlb edən bu xoş mənzərə
Şövqümü artırdı şeirə, qəzələ
Könüllər cəlb edən bu xoş mənzərə
Şövqümü artırdı şeirə, qəzələ

Çatdıqca vətənim, elim nəzərə
Təbiət də mənə, heyran göründü
Heyran göründü

Çatdıqca vətənim, elim nəzərə
Təbiət də mənə, heyran göründü
Heyran göründü

Deyirlər bülbülə çəmən yaxşıdır
İnsançün laləzar vətən yaxşıdır
Deyirlər bülbülə çəmən yaxşıdır
İnsançün laləzar vətən yaxşıdır

Vahid, sorma vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm, xəndan göründü
Xəndan göründü

Vahid, sorma vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm, xəndan göründü
Xəndan göründü

Vahid, sorma vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm, xəndan göründü
Xəndan göründü

Şair, sorma vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm, xəndan göründü
Xəndan göründü



Credits
Writer(s): Elibaba Memmedov, əliağa Vahid
Lyrics powered by www.musixmatch.com

Link