True

Qarşınızda ödənişsiz önəmli təhsil
Musiqi zövqünüz üçün gündəlik dərslik
Dayanmadan yazıram ki, çirkabı təmizlənsin
Çünki başlayır Azrepin yeni ərəfəsi

Qarşınızda ödənişsiz önəmli təhsil
Musiqi zövqünüz üçün gündəlik dərslik
Dayanmadan yazıram ki,çirkabi təmizlənsin
Çünki başlayır Azrepin yeni ərəfəsi

Yaşı çatmayanlar üçün intim
Münasibət var əvvəlcədən xəbərdarlıq
Yaxşı səs salanlar tək-tək itir
Müharibədə true repin həvadarıyam
Tərəfdarıma yaşadacam fərqli zövq
Məğzi gör, səhərisi gün də bəyənmirəm etdiyimi
Verdiyimi görəsən ala biləcəm mi?
Bakının küçələrində gicəlləndim

Nəticəsi necə olacaq bir fikrim yoxdu
Albomun məqsədi bu mühiti dəyişməkdi
Girişdən bəlli səriştəm var amma
Bacarmaq üçün formul dayanmadan döyüşüb işləməkdir
Repin içinə sıçıb batıran utanmadan toyxanaya çevirən reperlər müştərəkdi
Dinləyici müştəridi ona lazım keyfiyyətli məhsul
Biz də təqdim edib güclənərik

Kimisi birincidi sürətli giricilik yarışlarında
Öyrənim xarici dil,özümçün maarifçilik
Davamında dəyişim imicimi,desinlər xaricidi
Ən azından
İndilik keyfiyyəti qoruyum sonra məvacib indi nə vacibdi?

Təki Repi Ucuz Etmə
Təki Repi Ucuz Etmə
Təki Repi Ucuz Etmə
Təki Repi Ucuz Etmə
Təki Repi Ucuz Etmə
Ucuz etmə
Ucuz etmə

Baxıram ki, Əcnəbiyəm yerli vidində
Yazıram ki, Məsnəviyəm şeirin diliyəm
Çıxıram bil, əsəb ilə yerin dibindən
Yuvana gir, növbə ilə təqdim edirəm

Əlbət işlərimdə çatışmazlıq şübhəsiz ki,var
Qəsdən etinasız davran
Səhvlər ehtirasımdan yaranır
Və tənqid elə yoxdu etirazım da
Mehtər marşı kimi beat söz ordum tam sırasında

Trackləriniz oğurluq fəxrlə paylaşırsız
Təəccüb içində izləyirəm yox olubdu mimikalar
İnsan nə qədər sevgidən yazar yoxsa
Yaradıcılıq bitəndə ehtiyac duyulur lirikaya

Mclərin sayı minimala çatır və xiridarlar çoxalıb
Sonu hara gedirik dəli maraq bürüyüb
Yeni atak zamanı etikadan çıxsam tam hüzün olar

Ziyarətimdən inciyər güman ki neçə boss sevinər görüncə dost
İcazənizlə qalxım ayağa yüksək səslə deyim tost özmə bilirəm borc
Piyan deyiləm ağlım başımda kimi götü başına yaxıb qaşınar
Salarıq maşına hərşeyi aşılar ona bəlkə daşınar fikirlərindən

Gəzdim gördüm çox yoruldum və qərar verdim mənim üçün yatmaq əsas olan
Qaç ki qaç ümidlər dalıyca bəlkə çatdın həyat adlı uzun marafonda
Davamlı uğursuzluq varsa həyatında daxilin bilmədən tələf olar
Telefona yazmaq istəyim bəs deyildi hislərimi tökdüm mikrafona

Təki Repi Ucuz Etmə
Təki Repi Ucuz Etmə
Təki Repi Ucuz Etmə
Təki Repi Ucuz Etmə
Təki Repi Ucuz Etmə
Ucuz etmə
Ucuz etmə



Credits
Writer(s): Farid Asgarli
Lyrics powered by www.musixmatch.com

Link