Ulu Dövlət

Dədəm Qorqud qopuz çalsın
İgidlərin at oynatsın
Qarabağın göylərində
Bayrağımız dalğalansın

Doğma yurdum, Qarabağım
Zəfər çalan ulu dövlət
Səndən ayrı düşən millət
Dönəcəkdir bir gün mütləq
Qara çoban od qalasın
Düşmənin bağrı dağlansın
Yığılsın dünya türkləri
Qarabağda halay çalsın

Dədəm Qorqud qopuz çalsın
İgidlərin at oynatsın
Qarabağın göylərində
Bayrağımız dalğalansın

Hər qarışın igid qanı
İgidlər yazdı dastanı
30 illik həsrət bitdi
Səsləndir qara zurnanı
Hər qarışın igid qanı
İgidlər yazdı dastanı
30 illik həsrət bitdi
Səsləndir qara zurnanı

Çal, aşıq, çal, səs sal elə
İgidlərin yallı getsin
Qızlar İsa bulağından
Səhənglərdə su gətirsin
Xankəndində cəngi sədası
Bəzənib Şuşa qalası
Xan əminin gəlsin səsi
Qarabağın şikəstəsi

Əzizinəm, ey Qarabağ
Şəki, Şirvan, Qarabağ
Ay Qadanı alım ay
Dədəm Qorqud qopuz çalsın
İgidlərin at oynatsın
Qarabağın göylərində
Bayrağımız dalğalansın

Hər qarışın igid qanı
İgidlər yazdı dastanı
30 illik həsrət bitdi
Səsləndir qara zurnanı
Hər qarışın igid qanı
İgidlər yazdı dastanı
30 illik həsrət bitdi
Səsləndir qara zurnanı
Hər qarışın igid qanı
İgidlər yazdı dastanı
30 illik həsrət bitdi
Səsləndir qara zurnanı



Credits
Writer(s): Emil Elmanoğlu, Nailə Adilqızı
Lyrics powered by www.musixmatch.com

Link